Sizin reklam burada
Sizin reklam burada

16 yaşlı azərbaycanlı məktəbli uşaq dünyaya gətirdi - Qohumu tərəfindən zorlanıb

16 yaşlı azərbaycanlı məktəbli uşaq dünyaya gətirdi - Qohumu tərəfindən zorlanıbGürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabalkəndində məktəblərin birinin 11-ci sinif şagirdi uşaq dünyaya gətirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, 16 yaşlı məktəbli qız sinifdə özünü pis hiss edib və məktəbə təcili tibbi yardım çağırılıb.

Qızın hamilə olduğu müəyyən olunub və xəstəxanaya çatdırılandan bir neçə saat sonra o, uşaq dünyaya gətirib.

Müəllimlərin bildirdiyinə görə, məktəbli hamilə olduğunu bilməyib. Yeniyetmənin ötən ilin sentyabrında qonşusu və qohumu, 40 yaşlı kişi tərəfindən zorlandığı məlum olub.

Gürcüstanın Daxili İşlər Nazirliyi Qabal kəndində yeniyetmənin uşaq dünyaya gətirməsi faktını təsdiq edib. Faktla bağlı istintaq başlayıb.


Conflict.az

  • Sosial şəbəkədə paylaş