Sizin reklam burada
Sizin reklam burada

Prezident 2 rayonun icra başçısını vəzifəsindən azad etdi

Prezident 2 rayonun icra başçısını vəzifəsindən azad etdiPrezident İlham Əliyev Siraqəddin Cabbarovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Conflict.az Bakupost-a istinadən xəbər verir ki, sərəncama əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Siraqəddin Nəcəf oğlu Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş