Siyanfər Əliyev haqda şok dosye: prezidentə saymamazlıq hesabına qurulan imperiya – FOTOLAR

Gündəm / Cəmiyyət

121

Siyanfər Əliyev haqda şok dosye: prezidentə saymamazlıq hesabına qurulan imperiya – FOTOLARLəğv edilmiş MTN ilə bağlı olan hal hazırkı dövlət quluqçuların siyahısında cinayətkar dəstəyə maddi və mənəvi dəstəyi olan Abşeron bələdiyyə sədri Siyənfər Əliyevin barəsində həqiqətləri əks etdirən məqalələr dərc edilib. Media üzərindən apardığımız araşdırma zamanı keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğv edilməsindən sonra cinayətkar dəstəyə xidməti ilə digər xidmətçilərdən seçilən Masazır qəsəbə Bələdiyyə sədri Siyənfər Əliyev barəsində ilginc məlumatlara rast gəldik.

Siyanfər Əliyev haqda şok dosye: prezidentə saymamazlıq hesabına qurulan imperiya – FOTOLAR
Siyanfər Əliyev haqda şok dosye: prezidentə saymamazlıq hesabına qurulan imperiya – FOTOLAR
Siyanfər Əliyev haqda şok dosye: prezidentə saymamazlıq hesabına qurulan imperiya – FOTOLAR
Siyanfər Əliyev haqda şok dosye: prezidentə saymamazlıq hesabına qurulan imperiya – FOTOLAR
Siyanfər Əliyev haqda şok dosye: prezidentə saymamazlıq hesabına qurulan imperiya – FOTOLAR
Siyanfər Əliyev haqda şok dosye: prezidentə saymamazlıq hesabına qurulan imperiya – FOTOLAR
Siyanfər Əliyev haqda şok dosye: prezidentə saymamazlıq hesabına qurulan imperiya – FOTOLAR
Siyanfər Əliyev haqda şok dosye: prezidentə saymamazlıq hesabına qurulan imperiya – FOTOLAR
Siyanfər Əliyev haqda şok dosye: prezidentə saymamazlıq hesabına qurulan imperiya – FOTOLAR
Siyanfər Əliyev haqda şok dosye: prezidentə saymamazlıq hesabına qurulan imperiya – FOTOLAR
Siyanfər Əliyev prezident sərəncamını saya saymır
Bu günlərdə Masazır bələdiyyəsində bələdiyyə sədrinə qarşı kütləvi etiraz haqda məlumat vermişdik. “Siyanfər Əliyev Ədliyyə Nazirliyinin və İcra Hakimiyyətinin haqqın verib meydan sulayır?” başlıqlı həmin yazıda bildirmişdik ki, 9-nəfər bələdiyyə üzvü, Sədrin müavinləri Söhbət Məmmədov və Maşallah Abışov da daxil olmaqla olmaqla bələdiyyə sədri Ziyanfər Əliyevin qanunsuz əməllərindən bezib etimadsızlıq ərizəsini Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinə göndəriblər. Aşağıda surətini təqdim etdiyimiz ərizənin bir surəti də Abşeron rayon icra hakimiyyətinə göndərilib. Ancaq maraqlıdır ki, konkret faktların yer aldığı bu müraciətə heç bir rəsmi dairədən reaksiya verilməyib. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar göstərir ki, bələdiyyə üzvlərinin narahatçılığı əsassız deyil. Belə ki, S.Əliyevin Masazırda “Ay alan məmləkəti Rey satıram” prinsipi ilə bütün əndazəni aşması sənədlərlə sübut olunur. 2007-ci il dekabrın 1-dən sonra vətəndaşlara bələdiyyələr və icra hakimiyyətləri tərəfindən satılmış torpaq sahələrinə mülkiyyət hüququ verilməyəcək. Qeyd edək ki, 2007-ci ilin sonlarında Ədliyyə Nazirliyinin göstərişi ilə bələdiyyələrə torpaq satışı qadağan edilib. 2008-ci ilin dekabr ayından isə dövlət başçısının imzaladığı fərmanla torpaqların hərrac və müsabiqə yolu ilə mülkiyyətə verilməsi Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətinə daxil edilib.Bütün bunlara baxmayaraq Siyanfər Əliyev 2009-cu ildə qanunu kobud şəkildə pozaraq bələdiyyə qərarı ilə torpaq satışı həyata keçirib. Bu barədə cumhuriyyet.az olaraq əldə etdiyimiz sənədlərdən birinin surətini diqqətinizə çatdırırıq:


Siyanfər Əliyev İmperatorluğu

MTN genralı Çovdarovun sağ əli kimi tanınan və biznes şərikliyi olan Siyənfər Əliyevin məsuliyyətdən hansı dostlarının sayəsində azad edildiyi müəmma olaraq qalır. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, Çovdarov dəstəsinə xidmət edən Siyənfər Əliyev təhlükədən yayınmaq məqsədi ilə əvvəldən şərik olduğu icra başçısına müraciət edərək onu qorunmasına görə xahiş edib. Masazır qəsəbəsində yerləşən LUGANO adlı restorana icra başçısı ilə şərik fəaliyyətindən irəli gələn münasibət xahişinin yerə salınmamasında böyük rol oynamışdır. Mətbuat üzərində aparılan araşdırmalara görə isə Siyənfər Əliyevin biznesi bununlada bitmək bilmir. Etibarlı mənbədən əldə etdiyimiz məlumatda isə bələdiyyə sədri Türkiyə, Fransa və Rusiyada olan mülklərinin sayını artıq itirib. Azərbaycanda torpaq almaq vətəndaşlara o qədər baha başa gəlirki illərlə işləyib bir sot torpaq zorla almaq mümkün olur. Amma dövlət qiymətinin reallıqdan qat-qat aşağı olması faktı Siyənfər Əliyev kimilərinin dövlət büdcəsinə vurduğu ziyanın hesabsız olduğunu göstərməkdədir. Masazır bələdiyyəsinin verdiyi hesabatlarda il ərzində neçə milyon mənimsəməsi gizlədilərək şəxsi hesablarına keçirilməsinə xidmət edən karusel yaradılıb. Azərbaycanın bir çox bölgə və şəhərlərində mülk sahibi olmağı qarşısına məqsəd qoyan S.Əliyev hakim dairələri yerli icra hakimiyyətlərini aldatmağa nail ola bilib. Bu azmış kimi özünə yaxın olan şəxsləri imkanlı biznesmenlər kimi cəmiyyətə təqdim etməyidə yaddan çıxarmayıb. edaksiyamıza etibarlı mənbələrdən bildirilib ki, S.Əliyev tək Masazırda deyil həmçinin Xırdalan şəhəri, Yasamal rayonu, Nəsimi və Nərimanov ərazilərində mülklərinin mövcud olması ilə bağlı fotolarda təqdim edilib. Cumhuriyyet.az bildirir ki, mediada yer alan ən ilginc məlumat isə Siyənfərin oğlunun məhz ona necə qardaş sayılmasıdır ki, bunlarda sənətlərlə təsdiqini tapır.

Siyənfər və Emin, Akif Çovdarova necə xidmət etməli olub…?
Axundov Emin Müzəffər oğlu (Hazırda ekologiya postunda DYP əməkdaşı vəzifəsində çalışır. Bundan əvvəl isə Qaradağ postunda işləyib.) əslində kimdir. Emin əslində Siyənfər Əliyevin doğma oğludur. Amma nədənsə sənətlərdə Emin Əliyev Siyənfər oğlu deyil, Emin Axundov Müzəffər oğlu olaraq qeyd edilib. Sənədlərin nə üçün dəyişik yazılması ilə maraqlananda isə ata və oğulun hər ikisi Müzəffər oğlu olması diqqət çəkdi. Belə çıxır ki, Emin Siyənfərlə ata oğul yox qardaş sayılırlar. Məsələ sənətlər üzərində edilən dəyişikdəndə ötəyə getmişdir ki, Emin Axundovun dövlət quluğunda olduğu halda cinayət törədərək hadisə yerini tərk etmiş və onun cinayətini dayısı Raqif üzərinə götürmüşdür-deyə mənbə bildirir. Cinayət tərkibi olan bir hadisənin istintaqını yayındıraraq cinayət motivini gizlədilməsinə nail olmaq üçün məhz Akif Çovdarovun köməkliyindən istifadə edilmişdir. Bu ittiham dövlət qurumları tərəfindən araşdırılması üçün tərəfimizdən DİN-nə yazılı olaraq müraciət ediləcəkdir ki, həmin dövrdə cinayətin törədilməsi ilə bağlı yenidən araşdırılma qaldırılsın.

Bütün bu məqamlarla bağlı ilginc məlumatlsar da mövcuddur:

Xətai rayonunda 500 dövlət nömrə nişanı ilə qəza törədərək adam öldürən DYP əməkdaşı kim olub?
Raqub Allahverdiyev bu qəzanı niyə və necə öz üzərinə götürüb?
Molulova Reyhan necə bələdiyyə üzvü olub?
S.Əliyevin Masazırdakı evinin arxa qapısı hansı funksiyanı yerinə yetirir?
Siyanfər Əliyevin ötən həftə hüquq mühafizə orqanlarına çağrılması və dindirilməsinin ilginc detalları…(cumhuriyyet.net)

Conflict.az