“İradə Gülməmmədova yolun ərazisini satıb” – Hüquq müdafiəçisi

Gündəm

156

“İradə Gülməmmədova yolun ərazisini satıb” – Hüquq müdafiəçisiHüquq müdafiəçisi Taleh Xasməmmədov sosial şəbəkədə Abşeron rayonu ilə bağlı maraqlı fotolar paylaşaraq yerli icra hakimiyyətini korrupsiyada ittiham edib.
“RealMedia.az” həmin statusu təqdim edir:
“Belə qanunsuzluq nə görməmisiniz, nə də ki, eşitməmisiniz:“İradə Gülməmmədova yolun ərazisini satıb” – Hüquq müdafiəçisi
Deməli Abşeron rayonu, Masazır qəsəbəsi, Həzi Aslanov küçəsində ikitərəfli avtomobil yolunun tam ortası İcra Başçısı İradə Gülməmmədova tərəfindən vətəndaşlara satılıb. Hal-hazırda orada ağır texnikalardan və usta-fəhlələrdən istifadə edilməklə evlər inşa olunur. Bəli tam olaraq avtomobil yolunun ortasında və elektrik dirəyinin altında!
Bu gün baş verən qanunsuz tikililərin inşası ərazidə yaşayan sakinlərinə etirazına və eyni zamanda gülüşünə səbəb olub. Həqiqətən də inanılmazdır!
Bundan əlavə yerli sakinlər ehtimal edirlər ki, küçənin avtomobil yolu yaxın gələcəkdə “baş yol” olaraq salınacaq. Odur ki, gələcəkdə ərazidə olan evlərin plana düşməsi və dövlətdən külli miqdarda kompensasiya alınması məqsədi üçün bu addım atılmış ola bilər.”
“İradə Gülməmmədova yolun ərazisini satıb” – Hüquq müdafiəçisi“İradə Gülməmmədova yolun ərazisini satıb” – Hüquq müdafiəçisi
İttihamla bağlı qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.


Conflict.az