Sizin reklam burada
Sizin reklam burada

Əbülfəz Məlikov Abşeron Logistika Mərkəzini öz adamlarının əli ilə idarə edir..... İDDİA

Əbülfəz Məlikov Abşeron Logistika Mərkəzini öz adamlarının əli ilə idarə edir..... İDDİADövlət Gömrük Komitəsi bu müəmmaya aydınlıq gətirə bilərmi?..


Dövlət Gömrük Komitəsi qeyri-rəsmi olaraq Abşeron Logistika Mərkəzini “Broker Əbülfəz”in ixtiyarına verib, lakin bunu təkzib edir...

Qeyd edək ki, Əbülfəz Məlikovun Abşeron Logistika Mərkəzində çalışması barədə daha əvvəl mətbuatda məlumat yayılmışdı. Ancaq çox keçmədiki Dövlət Kömrük Komitəsi Əbülfəz Məlikovun Abşeron Logistika Mərkəzində işləməsi ilə bağlı yayılan məlumat təkzib etdi. Lakin məsələ ondadır ki, Əbülfəz Məlikov rəsmi olaraq Abşeron Logistika Mərkəzində çalışmasa da, faktiki olaraq Mərkəzi idarə edir.

PİA.az-a verilən məlumata görə Abşeron Logistika Mərkəzinin direktoru işləyən Ziya Ağayev əslində Əbülfəz Məlikovun kadrıdır. Ziya Ağayev vasitəsi ilə logistik mərkəzə nəzarət edən Əbülfəz Məlikov daha bir neçə kadrını mərkəzə yerləşdirib. Bu kadrlar Ziya Ağayevin müavini Əfqan Mənmədov və Pərviz Əsgərovdur.

PİA.az-a daxil olan məlumatda qeyd edilir ki, Əbülfəz Məlikov Abşeron Logistika Mərkəzinə daha çox Əfqan Mğmmədovun və Pərviz Əsgərovin əli ilə nəzarət edir. Yəni Əbülfəz Məlikov Mərkəzdə həyata keçirilən işlərlə bağlı tapşırııqları birbaşa Əfqan Məmmədovla Pərviz Əsgərova verir. Biznesmenlərdən yığılan pulları da əsasən Əfqanla Pərviz yığır.

Mənbə qeyd edir ki, Əbülfəz Məlikov Abşeron Logistika Mərkəzində elə bir ab hava yaradıb ki, burda nə Azərbaycan Dəmiryolları QSC-nin, nə də Cavid Qurbanovun hər hansı bir nəzarəti qalmayıb. Yəni Abşeron Logistika Mərkəzində bütün əmr və tapşırıqları başda Ziya Ağayev olmaqla hamı Əbülfəz Məlikovdan alırlar.
Qaldırılan iddia ilə bağlı Əbülfəz Məlikovun fikirlərini dinləməyə hazırıq!

Conflict.az

  • Sosial şəbəkədə paylaş