Sizin reklam burada
Sizin reklam burada

 "Women'secret" mağazası müştəriləri necə aldadır? - İTTİHAM

  "Women'secret" mağazası müştəriləri necə aldadır? - İTTİHAMBakıda brend geyimlərin satışı ilə məşğul olan mağazalarla bağlı tez-tez şikayətlərə rast gəlirik.

Yenicag.az xəbər verir ki, bunlardan biri də “Park Bulvar”da fəaliyyət göstərən “Women’secret” mağazasıdır.
  "Women'secret" mağazası müştəriləri necə aldadır? - İTTİHAM
Belə ki, Lalə Qulammirzəyeva martın 12-də sözügedən mağazadan 382 manat dəyərində məhsul alıb. Kartla ödəniş edən müştəri daha sonra bayram tətili üçün rayona yollanıb.
  "Women'secret" mağazası müştəriləri necə aldadır? - İTTİHAM
O, bir neçə gün sonra 68 manata aldığı şalvarda defekt olduğunu aşkarlayıb. Belə ki, xanım şalvardan istifadə edən zaman məhsul öz-özünə cırılıb.

Bayram tətilindən qayıdan Lalə Qulammirzəyeva qarşılaşdığı durumla bağlı mağazaya müraciət etsə də, ona sərt reaksiya verilib. Mağazanın sahibi olduğu deyilən Rəhilə Rzayeva müştərinin şikayəti qarşılığında heç bir köməklik göstərə bilməyəcəyini, qanunların onun vecinə olmadığını bildirib.
  "Women'secret" mağazası müştəriləri necə aldadır? - İTTİHAM
Mağazanın sahibi müştəri məmnuniyyətini unudaraq, alıcıya qarşı sərt çıxışı ilə yadda qalıb.
  "Women'secret" mağazası müştəriləri necə aldadır? - İTTİHAM
Durumdan şikayətçi olan Lalə Qulammirzəyeva ölçü götürülməsi üçün aidiyyatı qurumlara müraciət edəcəyini bildirir.

Qeyd edək ki, qanuna əsasən, əgər alınan mal istehlakçının tələblərinə cavab vermirsə, 14 gün müddətində qaytarıla və ya dəyişdirilə bilər.


Conflict.az

  • Sosial şəbəkədə paylaş