"Pasportlar haqqında" qanun dəyişir - Milli Məclisin iclası

Gündəm

274

"Pasportlar haqqında" qanun dəyişir - Milli Məclisin iclasıMilli Məclisin martın 5-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

Toplantının gündəliyinə 18 məsələ daxil edilib.

İclasda əvvəlcə Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsi dinləniləcək.

Deputatlar həmcinin "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Pasportlar haqqında", "Gənclər siyasəti haqqında" və s. qanunlara, o cümlədən Torpaq, Şəhərsalma və Tikinti, Cinayət, İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişiklik layihələrinə baxacaqlar.(Report)

Conflict.az