İmişli MERO – Qanunsuzluğun pik nöqtəsi

Gündəm / Bölgə

187

İmişli MERO – Qanunsuzluğun pik nöqtəsi
11 saylı Qeydiyyat-İmtahan şöbəsinin rəisi Mirqiyas Kazımovun rəhbərlik etdiyi bu dövlət qurumu ilə bağlı mediaya gələn məlumatlar səngimək bilmir. İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumata görə M.Kazımovun “işlərinin” icraçısı əsasən iki nəfərdir. Ramiz və Həsən adlı bu iki şəxs dövlət qurumunda texniki işçi kimi fəaliyyət göstərsələrdə, lakin bütün “böyük” işlərin təşkilatçısıdırlar. Onu da qeyd edək ki, Həsən Kazımov Mirqiyas Kazımovun yaxın qohumudur. Mənbənin verdiyi məlumata görə sürücülük vəsiqəsi almaq istəyən şəxs bu iki nəfərdən birinə yaxınlaşıb cəmi bir neçə dəqiqəyə istəyinə nail ola bilir. Yox yanlış düşünməyin, Ramiz və Həsən İyo Kio baba deyirlər. Və vətəndaşın problemini həll etmək üçün “abra-kadabra”da demirlər. Sadəcə “əvvəlcədən müəyyən edilmişi” alıb “problem” həll edirlər. Lakin məsələ bununla da bitmir. Mənbənin bildirdiyinə görə avtomobillərin illik texniki baxışdan keçməsi də maraqlı tendensiya ilə müşayət olunur. Məlumatda bildirilir ki, 11 saylı Qeydiyyat-İmtahan şöbəsində avtomobilini illik texniki baxışdan keçirmək istəyən şəxsin cibində dövlət müəyyə etdiyi rüsumdan iki dəfə artıq məbləğ olarsa, Ramiz və ya Həsənə yaxınlaşmağı kifayətdir. Mənbənin bildirdiynə görə nə qədər qəribə də olsa, bu zaman avtomobilin şöbəyə gətirilməsinə də ehtiyac yoxdur. Yəni avtomobil sahibinin gəlməsi kifayətdir. Düzdür Mirqiyas Kazımovun rəhbərlik etdiyi qurum Səhiyyə nazirliyinin balansında deyil. Yəni bu dövlət qurumunda insanlara deyil, avtomobillərə texniki baxış keçirilir. Lakin Seyid hələ ki, Cəddinə arxayındır. Daş və Çiçək filimində deyildiyi kimi: Şakaya pul lazımdır.
Mənbə əlavə olaraq onu da qeyd etdi ki, Mirqiyas Kazımov rayon miqyasında o qədər böyüyüb ki, artıq yalnız avtomobillərin deyil, işində problemi olan insanlarında problemlərini həll edir. Məsələn...
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.


Conflict.az