Sizin reklam burada
Sizin reklam burada

"STANDART İNSURANCE"DAN NÖVBƏTİ FIRILDAQ - KAMERAYA ƏL SALLA, MƏŞHUR OLDUN

"STANDART İNSURANCE"DAN NÖVBƏTİ FIRILDAQ - KAMERAYA ƏL SALLA, MƏŞHUR OLDUN"Standart İnsurance" əhalinin cibinə girməkdə davam edir.

"Kommersant.az" xəbər verir ki, sözügedən sığorta şirkəti ucuz və cılız yollarla insanların pullarını mənimsəyir. Belə ki, "Standart İnsurance" icbari sığortalanan avtomobildə qəza hadisəsi baş verən zaman nəinki ödəniləcək məbləği gecikdirir, hətta məbləğdən özünə "obed" pulu da ayırır.

İLK NÖVBƏDƏ QİYMƏTLƏNDİRMƏ

"Standart İnsurance" avtomobilə dəymiş ziyanı müəyyən etmək üçün vətəndaşı avtoservisə yönləndirir. Qiymətləndirmə başa çatdıqdan sonra isə sığorta şirkəti əlinə dəsmal götürür. Buna isə tragikomediya deyirlər. Şirkət həm avtomobili sığortalayır, həm də pulum yoxdu deyir. Heyif ki, bu yazıda "smaylik" istifadə edə bilmirəm. Ay qardaş, pulun yoxdu get evində 1 boşqab supunu iç. Niyə avtomobil sığortalayırsan?!

DİLƏNÇİLİKDƏ YENİ CIĞIR

"Hörmətli vətəndaş, qiymətləndirmə 730 manat tutdu. Üzüm ayağının altına, gəl, bunu 670 edək, qardaşın 1 həftəyə sənin pulunu verir. Yetər ki, sən bu 670 manata qol çək gerisi mənlikdi". YALANDIR, İNANMAYIN!

Həmin bir həftə olacaq 10 gün, 10 gün olacaq 1 ay və beləliklə müddət uzanaraq 5 ayı keçəcək. Hələ bu azmış kimi indi də sığortadakı "qardaş" ödənişi aprel ayının 5-ə söz verib.

Bunların hamısı belədir?

Bu da əslində qəliz sualdır. 2 gündür şirkətin marketinq şöbəsinin "əməkdaşı" Aysel xanım məsələni qulaqardı edir. Zəng edib davranışlarının doğru olmadığını söylədik. Bundan sonra Aysel xanım telefonlara ümumiyyətlə cavab vermir.

Sonda isə bu və bu kimi sığorta şirkətlərinə ayıb olsun. Xüsusilə də "qardaşın həll edəcək" deyən işçiyə. Siz öz daxilinizdə bir-birinizə "qardaş" deyin.

"Standart İnsurance" kameraya əl salla, məşhur oldun!


Conflict.az

  • Sosial şəbəkədə paylaş