Saleh Səmədov Siyavuş Novruzovu təbrik etdi

Gündəm / Siyasət

538

Saleh Səmədov Siyavuş Novruzovu təbrik etdi
Azərbaycan Metrologiya İnstitunun direktoru Saleh Səmədov Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzovu 50 illik yubileyi və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Təbrikdə deyilir:

Hörmətli Siyavuş müəllim!

Sizi 50 illik yubileyiniz və ölkə başçısının Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edir, can sağlığı, işlərinzdə yeni-yeni uğurlar arzulayıram.
Siz cənab Prezidentin Sərəncamında da qeyd edildiyi kimi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən ictimai-siyasi xadimsiniz. Gəncliyini ölkənin müstəqilliyinin tam təmin olunmasına, demokratikləşməsinə həsr etmiş şəxs olaraq bu xidmətiniz xalqın və dövlətin daim diqqət mərkəzində olmuşdur. Məhz bu sevginin nəticədir ki, xalq Sizi Azərbaycan Respublikası Milli Məclisində öz vəkili olaraq görmək üçün dəfələrlə səs verib. Siz öz peşəkarlığınız, kreativ düşüncəniz, prinsipiallığınızla bu etimadı layiqincə doğrultmusunuz. Bundan başqa Siz öz sədaqətinizlə, etibarınızla hamının, hər kəsin sevimlisinə çevrilmisiniz. İnanıram ki, hələ uzun illər Azərbaycan Respublikası Milli Məclisində xalqımızı layiqincə təmsil edəcəksiniz.

Hörmətli Siyavuş müəllim!
Bir daha Sizi 50 illik yubileyiniz və ölkə başçısının Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edir, can sağlığı, işlərinzdə yeni-yeni uğurlar arzulayıram.
Saleh Səmədov Siyavuş Novruzovu təbrik etdi
Hörmətlə,
Saleh Səmədov
Azərbaycan Metrologiya İnstitunun direktoru