Sizin reklam burada
Sizin reklam burada

Respublika Klinik Xəstəxanası özbaşına qalıb... - VİDEO

Respublika Klinik Xəstəxanası özbaşına qalıb... - VİDEOMətbuatda paylaşılan hər 3 xəbərdən biri mütləqdir ki, səhiyyədən olur. Buna səbəb təbii ki, ölkədə səhiyyənin nə dərəcədə aşağı olması, tibb işçilərinin özbaşınalığı, səhlənkarlığı, kadr çatşmazlığı, həkim savadsızlığı və s.-dir. Yüzlərlə xəbərlərin işıqlanmasına baxmayaraq anoloji hadisələrlə bağlı şikayətlər dayanmaq bilmir ki, dayanmır.

Hər gün DogruXeber.az-ın redaksiyasına müxtəlif vətəndaşlardan müraciətlər daxil olur.məhz yuxarıda sadalanan neqativ hallara görə neçə-neçə insan öz həyatından məhrum olub, yaxınlarını itiriblər. Artıq xəstəxanalar sanki dövlət müəssisəsi deyil, baş həkimlərin şəxsi biznes mərkəzidir. Əvvəlki müraciətlərdə vətəndaşlar qeyd edirdilər ki, onlara yazılan dərmanları almaq üçün həkimlər birgə işlədikləri apteklərə göndərirdilər. Halbuki o dərmanları digər aptekdən də almaq olar, hətta daha ucuz qiymətə. Bunlar azmış kimi, Səhiyyə Nazirliyindən dövlət xəstəxanalarına ayrılan dərman vəsitələrini xəstələrin özünə pulla satılması və apteklərə pulla paylanması haqqında da etibarlı mənbələrdən ilginc məlumatlar almışıq.

Belə nəticəyə gəlmək olar ki, ölkə səhiyyəsində bu qanunsuz dərman biznesi sürətlə inkişaf edir, lakin səhiyyə nazirliyi bu məsələyə hər hansı bir münasibət göstərmir. Axı bu olaylardan nazirliyin xəbəri olmaması sizcə çox absurd görünmür? Bu özbaşınalıq və hərcmərclik davam etdikcə vətəndaşların ölkə səhiyyəsinə inamı azalır və demək olar ki, olan-qalan ümidləri də bitib-tükənir. Bu səbəbdəndir ki, insanlar xarici ölkələrə müalicə almağa üz tuturlar. Müalicə alanlarsa (bu daha çox işgəncəyə bənzəyir) son qəpiyinə qədər həkimə xərcləyirlər. Hətta palataların təmizlik işlərinə baxan xadimə də xəstənin şəxsən özündən belə pul istəməyə çəkinmir. Xülasə, vətəndaş xəstəliyin fiziki təhlükəsindən daha çox maddi təhlükəsiylə üzləşir.

Bildiyimiz kimi dövlət xəstəxanalarında ambulator müayinələr illərdir ki, pulsuz həyata keçirilir. Bəli, bu yalnız söz olaraq qalır, realda isə hər şey tamam əksinə cərəyan edir. Rentgen, USM, qan analizi və s. hamısı üçün ayrıca qiymətlər—tarif paketləri həkimlər tərəfindən pasientlər(müştərilər) üçün hazırlanıb. Məsələn;

Ultrasəs müayinəsi - 30 manat
Rentgen müaynə - 30 manat
Həkim müayinəsi - 30 manat
Qan analizi - 20 manat

sadalananlar sadəcə “tarif paketi”nin kiçik bir hissəsidir. Ötən gün redaksiyamızın mail adresinə göndərilən video materialda qeyd edilən neqativ halların bir daha şahidi olduq. Deməli, gördüyünüz kimi vətəndaş xanımı ultrasəs müayinəsindən keçirmək üçün həkimin otağındadır. Müayinə bitdikdən sonra həkimdən müayinənin qiymətini soruşduqda (halbuki vətəndaş bunun dövlət tərəfindən pulsuz olduğunu yaxşı bilir) müayinə edən həkim əslində 20 manata müayinə etdiyini deyir. Vətəndaşın bu qanunları biməyi bir yana, həkimin bu qanunlara məhəl qoymadan onlara zid getməsi daha çox təəccüb doğurur. Məgər dövlətimizin qanunları onlara şamil olunmur?

Deməli, bu artıq hərcmərcliyin və özbaşınalığın başqa bir üzüdür. Xəstənin yaxını “15 manat versəm olar?” ddikdə sanki əlacsız qalmış kimi razılaşırlar. Gün ərzində müayinələrə 10-larla pasientin gəldiyini nəzərə alsaq ən azı həkimin dediyi məbləğlə üst-üstə 300-400 manatın həkim tərəfindən rüşvət kimi alındığı qənaətinə gəlmək olar. Ay ərzində bu məbləğ 11 000-12 000 civarında hesablanır. Bu qanunsuz gəliri il boyu üçün hesabladıqda isə 130 000 – 140 0000 manat məbləğ təşkil edir. Nəzərinizə çatdıraq ki, bu təkcə Respublika Kliniki Xəstəxanasının bir otağında baş verənlərdir.. Bu qədər yığılan məbləğ kimlər tərəfindən idarə olunur?

Üstəlik etibarlı mənbələrdən aldığımız informasiyaya əsasən həmin həkimlərə şöbə müdirləri tərəfindən müəyyən məbləğdə öhdəliklər qoyulur. Yəni həkim şöbə müdirinə müəyyən məbləği gün ərzində çatdırmağa məcburdur. Şöbə müdirinə isə baş həkim tərəfindən öhdəlik qoyulur. Respublika Kliniki Xəstəxanasının baş həkimi idarə etdiyi xəstəxanada baş verən qanunsuz əməllərdən xəbərdardır? Əgər bu belədirsə baş həkim və işçi kollektivi ölkə qanunlarına qarşı zid addımlar atmaqla yanaşı, ölkə başçısının apardığı uğurlu siyasi kursuna böyük ləkə vurmuş olurlar.

Beləliklə pullar əldən-ələ ötürülür, burda itirən və cibləri açıq-aşkar soyulan vətəndaş olur. Bu faktlara əsasən bəlli olur ki, Azərbaycan səhiyyəsində xəstələr həkimlərin gözündə sadəcə müştəri olaraq qalır.

Səhiyyə Nazirliyi bu kimi biabırçı məsələlərə qarşı hər hansı bir təpki göstərmir. Məhz bu üzdən həkim adı altında fəaliyyət göstərən “biznesmenlər” istədikləri kimi xəstələrlə davranır, onları soymağa davam edirlər.

Hörmətli izləyicilərimiz! Növbəti buraxılışlarımızda Respublika Kliniki Xəstəxanasının doğum şöbəsində keysəriyyə əməliyyatı ilə doğuşu həyata keçirilən ailədən 2000 manat pul alınması və daha sonra müayinə və müalicə üçün əlavə 2000 manatın tələb olunması haqqında redaksiyamıza daxil olan maraqlı anları diqqətinizə çatdıracağıq. Bizi izləyin, ardı var...

Conflict.az

  • Sosial şəbəkədə paylaş