Sizin reklam burada
Sizin reklam burada

“AZƏRENERJİ”NİN BAŞ OFİSİNDƏ “YENİDƏNQURMA” BAŞLADI VƏ… – İşçilər kütləvi ixtisar olunur! + FOTOLAR

“AZƏRENERJİ”NİN BAŞ OFİSİNDƏ “YENİDƏNQURMA” BAŞLADI VƏ… – İşçilər kütləvi ixtisar olunur! + FOTOLARASC-nin baş ofisində isə lüks təmir gedir, bütün mebellər yenilənir…
“AZƏRENERJİ”NİN BAŞ OFİSİNDƏ “YENİDƏNQURMA” BAŞLADI VƏ… – İşçilər kütləvi ixtisar olunur! + FOTOLAR
“AZƏRENERJİ”NİN BAŞ OFİSİNDƏ “YENİDƏNQURMA” BAŞLADI VƏ… – İşçilər kütləvi ixtisar olunur! + FOTOLAR
“AZƏRENERJİ”NİN BAŞ OFİSİNDƏ “YENİDƏNQURMA” BAŞLADI VƏ… – İşçilər kütləvi ixtisar olunur! + FOTOLAR
“AZƏRENERJİ”NİN BAŞ OFİSİNDƏ “YENİDƏNQURMA” BAŞLADI VƏ… – İşçilər kütləvi ixtisar olunur! + FOTOLAR
“AZƏRENERJİ”NİN BAŞ OFİSİNDƏ “YENİDƏNQURMA” BAŞLADI VƏ… – İşçilər kütləvi ixtisar olunur! + FOTOLAR
“AZƏRENERJİ”NİN BAŞ OFİSİNDƏ “YENİDƏNQURMA” BAŞLADI VƏ… – İşçilər kütləvi ixtisar olunur! + FOTOLAR
“AZƏRENERJİ”NİN BAŞ OFİSİNDƏ “YENİDƏNQURMA” BAŞLADI VƏ… – İşçilər kütləvi ixtisar olunur! + FOTOLAR
“AZƏRENERJİ”NİN BAŞ OFİSİNDƏ “YENİDƏNQURMA” BAŞLADI VƏ… – İşçilər kütləvi ixtisar olunur! + FOTOLAR
“AZƏRENERJİ”NİN BAŞ OFİSİNDƏ “YENİDƏNQURMA” BAŞLADI VƏ… – İşçilər kütləvi ixtisar olunur! + FOTOLAR
Son bir-iki ay ərzində “Azərenerji”də baş verənlər bu Səhmdar Cəmiyyətin daxilində ciddi narazılıqlara səbəb olub. Qurumda köhnə işçilərin sıxışdırılması, dövlət vəsaitlərinin bir qrup tərəfindən talanması, etiraz edənlərin “Pirverdiyevçi” damğası vurularaq işdən azad olunduğuna dair sosial şəbəkələrdə və bəzi internet televiziyalarında məlumatlar yayılıb. Bu məlumatların hansının, nə qədər doğru olduğunu söyləmək çətindir.

Ancaq “Azərenerji” ASC-nin yeni rəhbərliyinin verdiyi qərarlardan narazıların sayının artdığı şübhə doğurmur. Belə qərarlardan biri də “Mingəçevir” SES-in və “Varvara” SES-in mühafizəsini həyata keçirən Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin işçilərinin kütləvi şəkildə işdən çıxarılmasıdır.

İşdən çıxarılanlar Azəbaycan Prezidentinə və Birinci vitse-prezidentə şikayət məktubları göndəriblər. “Azərenerji”yə aid müəssisələrin mühafizəsini həyata keçirən bir qrup vətəndaş tərəfindən yazılan həmin şikayətin bir nüsxəsi də “AzPolitika.info”ya daxil olub.

Məktubda şikayətçilər “Azərenerji” ASC-nin yeni rəhbərliyinin onların ailələrini ac qoyduğu, 60 nəfərə yaxın insanı heç bir qanuni əsas göstərilmədən işindən məhrum etdiyi bildirilir. Qeyd olunur ki, onları ASC-nin indiki rəhbəri Baba Rzayevin göstərişi ilə işdən azad ediblər. Şikayətçilərin yazdığına görə, onlara işdən çıxmaq haqda könüllü ərizə yazmaq təklif olunub, buna razı olmayanlar isə heç bir ödəniş ala bilməyəcəkləri ilə hədələniblər.

“Ancaq bu tələb qanuna ziddir. “Azərenerji” rəhbərliyinin gətirdiyi bəhanə uzun illərdir burada çalışan insanların işdən azad olunması üçün qanuni səbəb ola bilməz”, – deyə məktubda vurgulanır.

Onlar bu şikayətlərini Prezidentə, Birinci vitse-prezidentə yazıblar. Böyük ehtimalla “Azərenerji”nin rəhbərliyinə problemi həll etmək tapşırılıb. Ancaq bu da ASC-nin rəhbərliyinin qərarını dəyişməyib. İşçilərin şikayətlərinə ASC rəhbərliyi cavab məktubu göndərməklə kifayətlənib.

Məktubda işçilərin işdən çıxarılmasının səbəbi kimi daha onlara ehtiyac olmaması göstərilib: “Obyektlərin mühafizə işinin təşkili ilə əlaqədar müşahidə kameraları quraşdırılmış və obyektlər hasarlanaraq, üstünə tikanlı məftillər çəkilmişdir…”

Ancaq şikayətçilər bildirir ki, əvvəla, Əmək Məcəlləsinə görə kamera quraşdırılması və digər texniki səbəblər insanların işdən azad olunmasına əsas verə bilməz. İkincisi və ən əsası, bu izahat reallığı əks elətdirmir. Bunu şikayətçilərin redaksiyamıza göndərdikləri FOTOLAR da təsdiq edir.


Həmin fotolara diqqət yetirən zaman belə məlum olur ki, rəhbərliyin obyektlərə guya hasar çəkildiyi və kamera quraşdırıldığına dair dedikləri həqiqətə uyğun deyil. Aşağıdakı fotolardan görünən odur ki, hasarlar köhnə və uçuqdur, hər hansı tikanlı məftildən və kameradan isə söhbət belə gedə bilməz.

Şikayətçilər bununla “Azərenerji” rəhbərliyinin təkcə sıravi vətəndaşları deyil, ölkə başçısını da aldatdığını iddia edirlər. Haqsız da sayılmazlar…

Bu məsələdə dövlət və ictimaiyyət üçün narahatlıq doğuran digər bir məqam da var. Belə ki, ölkə üçün böyük strateji önəm daşıyan və əslində, təhlükəsizliyi olduqca yüksək səviyyədə təmin edilməli olan bu obyektlərin mühafizəsinə belə biganə münasibəti başa düşmək olmur. Xüsusən də, ötən il Mingəçevirdə ölkədə enerji böhranına səbəb olan, dövlətə 10 milyonlarla manat ziyan vuran məlum qəzadan sonra.

SES-ləri mühafizəsiz qoymaqda “Azərenerji” rəhbərliyinin məqsədi nədir, buna aydınlıq gətirilməlidir. Hətta şikayətçilər bildirirlər ki, Varvara SES-in qorunması üçün neçə illərdir mövcud olan mühafizə postu, ümumiyyətlə ləğv olunub. Niyə?

Sonda bir daha “Azərenerji” rəhbərliyinin tələbinin qanuna zidd olduğunu bildirən şikayətçilər, onsuz da çətin olan sosial durumlarının işsizlər sırasına qoşulandan sonra daha da ağırlaşacağını qeyd edərək, Prezidentdən və Birinci vitse-prezidentdən kömək istəyirlər.

Xatırladaq ki, “Azərenerji” ASC-nin rəhbəri dəyişdiriləndən sonra bu səhmdar cəmiyyətin qarşısında ölkənin elektrik enerjisi infrastrukturunda yeni qəzaların baş verməsinin qarşısını almaq üçün modernizasiya işləri aparmaq vəzifəsi qoyulub. Prezident İlham Əliyev bu məqsədlə ASC-yə bir neçə dəfə iri məbləğlərdə vəsaitlər ayırıb.

Hələlik isə “yenidənqurma”, “modernizasiya” işlərinin “Azərenerji” ASC-nin baş ofisindən başladığı, orada lüks təmir getdiyi, bütün mebellərin yeniləndiyi bildirilir. Bu təmiri isə Baba Rzayevin qardaşına tapşırdığı iddia edilir ki, bu da artıq başqa yazının mövzusudur…(AzPolitika.info)

Conflict.az

  • Sosial şəbəkədə paylaş