Sizin reklam burada
Sizin reklam burada

"Qələbəyə şərik çıxan çox olur" - Akif Səlimov Şair Ramaldanova etiraz etdi

"Qələbəyə şərik çıxan çox olur" - Akif Səlimov Şair Ramaldanova etiraz etdi"O döyüşlərdə həlledici sima olan ordu zabitlərinin, Daxili Qqoşunların zabitlərinin, polis zabitlərinin adları çəkilmir..."

Karabakhmedia.az xəbər verir ki, bu sözləri "Horadiz əməliyyatı"nın 25-ci ildönümü ilə əlaqədar birləşmiş polis qüvvələrinin komandiri olmuş, istefada olan polkovnik Akif Səlimov əməliyyatda polisin fəaliyyətinin dəyərləndirilməməsinə etiraz olaraq deyib.

Akif Səlimovun mövqeyini olduğu kimi təqdim edirik: "Horadiz əməliyyatı barədə son günlər çox yazılır. 702- ci briqadanın komandiri Ramaldanovun yazısını diqqətlə oxudum. Göstərir ki, cinahlaran onun briqadasına Rovşən Əkbərovun və Daxili İşlər Nazirliyinin qüvvəsi kömək edirdi.

Məlumat üçün bildirim ki, Araz çayının sahilindən Horadizə gedən yola qədər Daxili Qoşunlar, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli polis dəstələrinin hücum sektoruna daxil idi. Polis qüvvələri Daxili Qoşunların tərkibində döyüşürdü.

Daxili İşlər Nazirliyinin canlı qüvvəsinin sayı Ramaldanovun briqadasının canlı qüvvəsindən çox idi.
Horadizə də birinci DİN- nin qüvvələri girdi, ən öndədə Laçınlılar.
Horadizin içərisində ən qızgın küçə döyüşlərini Laçın polisləri aparıblar.

HİSS OLUNUR Kİ, HƏRƏ KÖZÜ ÖZ QABAGINA ÇƏKİR

Ramaldanovun briqadasından o hücumlarda 17- nəfər öldü, təkcəcə Laçın polisindən 27- nəfər həlak oldu.
Kombriq yazır ki, briqadadan həmin hücuma görə 8- nəfərə Milli Qəhrəman adı verilib.

Mən də diqqətinizə çatdırıram ki, həmin hücumların nəticəsinə görə 2- nəfər Laçın polisi əməkdaşına Milli Qəhrəman adı verildi, 3 nəfərə də "Azərbaycan Bayragı"ordeni.

Müqayisə edin, briqada 17- itki verib, Laçın polisi 27- itki...

Mən, təbii ki, başqa polislər və Daxili Qoşunlar haqqında məlumat vermək iqtidarında deyiləm.
Sadəcə, Rövşən Əkbərovun əməliyyatda fəaliyyəti və DİN- nin əsaslı , həlledici fəaliyyəti heç köməkçi şəklində də dəyərləndirilmir.
DİN-nin azad etdiyi kəndlərdə ordunun azad etdiyi kəndlərdən çoxdur.

Lələ Təpə ( Hərbi xəritədə Lalə ilgəyi) mövqeyini Laçın polisi aldı və ordu hissələrinə təhvil verdi.

Az müddətdən sonra əsgərlər geri çəkildilər və ermənilər Lələ Təpədə mövqe tutdular.

Məhz bu cinayətkarcasına geri çəkilmək səbəbindən sonralar Milli Qəhrəman olan Fəxrəddin Cəbrayilovun xüsusi hazırlanmış batalyonunu ermənilər Lələ Təpədən çox agır vəziyyətə saldılar və çox da itki oldu...

O döyüşlərdə həlledici sima olan ordu zabitlərinin, Daxili Qqoşunların zabitlərinin, polis zabitlərinin adları çəkilmir...

HORADİZİ RAMALDANOV ALDI?

Ramaldanovun briqadasının tankı üzərinə də "Əliyev ugrunda" şüarı da DİN zabiti yazdırdı və baglatdı...

Qələbəyə şərik çıxan çox olur, məglubiyyətdə heç kəs öz ayranına turş demir...

Amma, hər kəs Allahına asi olmamalı, dogrunun, haqqın, həqiqətin yanında olmalı, heç kəsin haqqı tapdanmamalıdır...

Döyüşlər öndədir, o döyüşlərə hazırlaşın...

Qələbədən sonra öyünərsiz".

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 25 il ötür. Horadiz əməliyyatı 1993-cü ilin dekabrından başlayıb, 1994-cü ilin 6 yanvar tarixinə kimi davam edib.1993-cu il Horadiz əməliyyatı öncəsi Heydər Əliyevin apardığı hərbi müşavirədən sonra Daxili Qoşunların Komandanı general-mayor Ramiz Məmmədov, qərargah rəisi polkovnik Zahid Teymurov və birləşmiş polis qüvvələrinin komandiri polkovnik Akif Səlimov hücum əməliyyatını müzakirə edərkən.
"Qələbəyə şərik çıxan çox olur" - Akif Səlimov Şair Ramaldanova etiraz etdi
Yazıda adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş