ABŞ Türkiyə ilə sərhəddə hərəkətə keçdi: PKK planı gündəmdə … - Türk ordusu cavaba hazırlaşır

Gündəm / Dünya

261

ABŞ Türkiyə ilə sərhəddə hərəkətə keçdi: PKK planı gündəmdə … - Türk ordusu cavaba hazırlaşırTürkiyə ordusunun PKK terror təşkilatının Şərqi Fərat bölgəsindəki mövqelərinə qarşı keçirdiyi əməliyyatlar ABŞ-ı narahat edib. Təşkilatın bölgədə qalmasında maraqlı olan Pentaqon Türkiyə ilə sərhədlərə 12 müşahidə məntəqəsi quracağını açıqlayıb.

Conflict.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, PKK Təl-Abyad, Əyn əl-Ərəb, Malikiyyə və Qamışlı kimi sərhəd bölgələrindən silah cəbbəxanası və ərzaq anbarlarını boşaldaraq, Suriyanın daxili ərazilərinə çəkilib.

Türkiyə Silahlı Qüvvələri isə bunun qarşısını almaq üçün Fərat çayının Şərq sahillərində hərbi əməliyyatlara başlayıb. Bundan narahat olan ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bölgədə baş verənləri nəzarətdə saxlamaq məqsədilə Türkiyə-Suriya sərhədlərində müşahidə missiyasını gücləndirmək qərarı verib.

Türkiyə KİV ABŞ-ın müşahidə məntəqələri qurmaq həmləsinin PKK-ya bölgədə möhkəmlənmək üçün vaxt qazandırmaq olduğunu iddia edir və qeyd edir ki, Pentaqon bununla terror təşkilatının Türkiyə sərhədlərində yerləşməsinə logistik dəstək vermək məqsədi daşıyır.

Conflict.az