İslam ölkəsində şok: ABŞ vurdu - 2 min ölü

Gündəm / Dünya

224

İslam ölkəsində şok: ABŞ vurdu - 2 min ölüABŞ-ın 2004-cü ildən bəri Pakistanda PUA-larla həyata keçirdiyi əməliyyatlar zamanı 2 min 714 nəfər həlak olub.

Bu barədə "İndiya Tayms" qəzeti araşdırma dərc edib.

Qəzetin Pakistan Terrorla Mübarizə Təşkilatının hesabatına əsasən hazırladığı xəbərdə əməliyyatlar nəticəsində 728 nəfərin yaralandığı qeyd edilib.

Məlumata görə, təkcə 2008-2012-ci illərdə ABŞ PUA-larla buraya 336 dəfə zərbə endirib.

Əməliyyatların Bannu, Hanqu, Kurram, Şimali Vəzirstan və başqa şəhərlərdə həyata keçirildiyi bildirilib.

Conflict.az