ABŞ İrana görə rus bankını da qara siyahıya saldı

Gündəm / Dünya

324

ABŞ İrana görə rus bankını da qara siyahıya saldıABŞ antiiran sanksiyaları siyahısına Rusiyanın “Mir Biznes Bank”ının da adını əlavə edib.

Bu bankın əsas səhmdarı “Bank Melli İran” olduğu üçün o, ABŞ sanksiyaları siyahısına düşüb.

Sanksiyalar siyahısına “Bank Melli İran”la bağlı olan 12 hüquqi şəxsin və törəmə şirkətin adı daxil edilib. Bunlar sırasında “Bank Kargoshaee”, “Melli Bank PLC”, “Behshahr Industrial Development Corp.”, “Melli International Building & Industry Company” və digərləri yer alıb.

“Bank Melli”nin sanksiyalar siyahısında yer almasına səbəb onun İran İslam İnqilabı Keşikçiləri Korpusuna maliyyə, texniki yardımlar göstərməsidir.

Conflict.az