Mursi Mübarəklə üz-üzə gələcək - İlk dəfə

Gündəm / Dünya

156

Mursi Mübarəklə üz-üzə gələcək - İlk dəfəMisirdə hərbi çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılan prezident Məhəmməd Mursi və komandasının mühakimə olunduğu "Həbsxanalar basqını" iddiası üzrə məhkəmə prosesində sabiq prezident Hüsnü Mübarək şahid qismində iştirak edəcək.

Bu barədə Misirin Əhbar əl-Yevm saytı məlumat yayıb.

Cənubi Qahirə Məhkəməsi Hüsnü Mübarəkin dekabrın 2-də keçiriləcək prosesdə şahid kimi iştirakı barədə qərar verib.

Hüsnü Mübarəkin 2011-ci il fevralın 11-də devrildikdən sonra ilk dəfə bu iddia üzrə məhkəmə prosesində şahid qismində çağırıldığı bildirilir. Bununla da Mübarək Mursi ilə ilk dəfə üz-üzə gələcək.

Qeyd edək ki, Mübarəkin 30 illik prezidentliyindən sonra Məhəmməd Mursi Misirdə seçki ilə hakimiyyətə gələn ilk prezident olub.



Conflict.az