“Leyla” klinikası – vicdanın, peşəkarlığın və xeyirxahlığın ünvanı

Gündəm / Səhiyyə

1 463

“Leyla” klinikası – vicdanın, peşəkarlığın və xeyirxahlığın ünvanıİnsan doğulduğu andan ölümə doğru yürüyür. Bu həyatın Tanrı tərəfindən müəyyən edilmiş reallığıdır.
Həyatın faniliyini yalnız ruhla idrak etmək olar. Fəlsəfə də, məhz dində olduğu kimi insanı üç substansiyaya bölür: ruh, cisim və əməl. Kamil insan ruhunu və cismini yalnız əməli ilə qoruya bilər. Birini Xaliqin dərgahında, ikincisini əbədi mənzilində. Böyük təbib İbn Sina bütün əsərlərində kamil ruhun vücudun sağalmasında böyük rolunun olduğunu qeyd edirdi. Ruhun kamilləşməsində vicdanın da əvəzsiz rolu var. Hələ illər öncə vicdanın insanın duyğu hisslərindən biri olduğunu qeyd etmişdim. Zərdüşt deyirdi ki, “Başqalarının xeyrinə yaxşı iş görmək vəzifə deyil, zövqdür, çünki sizin sağlamlığınızı və səadətinizi artırır.” İmişli rayonunda fəaliyyət göstərən “Leyla” klinikasının tibbi personalının da əsas qayəsi insana xidmətdir.
2014-cü ildən fəaliyyət göstərən klinikaya Mirtalib Səlimov rəhbərlik edir.
“Leyla” klinikası – vicdanın, peşəkarlığın və xeyirxahlığın ünvanı
“Leyla” klinikası – vicdanın, peşəkarlığın və xeyirxahlığın ünvanı
Hər kəsin Ağa deyə çağırdığı M.Səlimov, Həzrəti Əli (ə) səxavətindən bəhrələnən kamil şəxsiyyətdir. Bəlkə bu xarakter klinika rəhbərinin Peyğəmbər (s.ə.s) nəslindən olması ilə əlaqədardır. Və ya Tanrının seçdiklərindən ruhən, fitrətən əxz olunmadır. Direktor tibbi personalın fəaliyyəti üçün 3 prinsip müəyyən edib.
Vicdanlı olmaq. İngilis yazıçısı Eduard Corc Bulver deyirdi: Vicdan ləyaqətin əks-sədasıdır. Mirtalib Ağa mənən, ruhən, fitrətən ləyaqətin, mənəviyatın ən ali göstəricilərindəndir. “İnsana xidməti ümdə vəzifəsi hesab etməyənlər, kamil ola bilməzlər” – deyir M.Səlimov. Məşhur cərrah Kolomin deyirdi ki, “Əgər həkimin işığı başqasının üstünə düşmürsə, özünün sönməsi yaxşıdır”. Ağanında prinsipi budur: İnsanın daxili aləminin pak və nurlu olması onun vicdanına bağlıdır.
Peşəkarlıq. Xatırladaq ki, “Leyla” klinikasında kifayət qədər peşəkar həkimlər çalışırlar.
“Leyla” klinikası – vicdanın, peşəkarlığın və xeyirxahlığın ünvanı
Təsadüfi deyil ki, kilinikanın təsis olunması o qədər də böyük zamanı əhatə etməsə də, fəaliyyət göstərdiyi coğrafiyada hər kəsin güvənə biləcəyi bir tibb ocağı statusunu qazanıb. Klinikada kardiologiya, ginekologiya, terapiya, fizioterapiya, ultrasəs müayinəsi, stomotologiya, nevrologiya, lor, ozonoterapiya, urologiya və s. şöbələr fəaliyyət göstərir. Bundan başqa klinikada alman istehsalı olan müsir tibbi avadanlıqlarla təchiz olunmuş laboratoriya qurulub. Tibbi ali təhsilini və uzmanlıq dərəcəsini Türkiyədə alan uroloq Qardaşxan Məmmədovda “Leyla” kllinikasında fəaliyyət göstərir.
“Leyla” klinikası – vicdanın, peşəkarlığın və xeyirxahlığın ünvanı
Mama-ginekoloq Rəxşəndə Şahbazova, Elşən Hüseynov, Zamin Rəsulov, Rafiq Əfəndiyev, Məhsəti Hümbətova, Lalə Fərhadlı, Natiq Qarayev və regionda öz peşəkarlıqları ilə tanınan çoxlu sayda uzman həkimlərdən formalaşan tibbi personalın şöhrəti artıq regionun sərhədlərin belə aşıb. Təsadüfi deyil ki, qoyulan diaqnozların yüksək faiz dərəcəsi ilə tam təsdiqi nəinki İmşlidə, hətta ətraf rayonlarda belə bu kilinika haqqında olduqca ciddi və əhəmiyyətli fikir formalaşdırıb. Akademik Bilibin deyirdi: Həkimliyi öyrənmək, əslində insanlığı öyrənməkdir. Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır. Həkimlik “Leyla” klinikasında çalışan tibbi personalın artıq həyat tərzinə çevrilib.
Xeyirxahlıq. Məşhur həkim Verasayev deyirdi ki: “Həkim mütləq ictimai xadim və fəal mübariz olmalı, öz humanist fikrlərini, xeyirxah tədbirlərini sözlə ifadə etməyib, əhalinin sağlamlığı üçün yollar axtarmalı, fəaliyyət göstərməlidir.” Mirtalib Səlimovun “Leyla” klinikasının tibbi personalı üçün müəyyən etdiyi üçüncü prinsipdə məhz Verasayevin fikirlərinə əsaslanır. Bu klinikada çalışan hər bir həkim xeyirxahlıqlarını məhz əmələ çevirirlər.
“Leyla” klinikası – vicdanın, peşəkarlığın və xeyirxahlığın ünvanı
“Bizim üçün madiyyat sonuncu pillədir” – deyir Mirtalib Ağa. “Biz insana təmənnasız xidməti aylıq faiz dərəcəsi ilə müəyyən etməmişik. Bu cür xidmət üçün hər hansı planda hazırlanmayıb. Qapımızı döyən hər kəs üçün “Leyla” klinikası xidmət göstərir. Unutmayın ki, dünya fatehlərindən olan İsgəndər deyirdi ki, “əgər yenidən dünyaya gəlmək imkanım olsa idi, İsgəndər ola bilməsəm də, Diogen olardım.” Çünki İsgəndər əldə etdiklərinə görə gücünə, Diogen isə zəkasına borclu idi. Fateh gözəl bilirdi ki, dünyada qalıcı olan məhz zəka ilə qazanılandır.” Şekspir deyirdi ki: Gələcəyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır. Məsələyə Şekspir fəlsəfəsindən yanaşsaq “Leyla” klinikasının kollektivi artıq o sərmayəyə sahibdir.

Hacı Bakir Həsənbəyli
Conflict.az saytının Baş redaktoru