Əhaliyə 500 milyon dollar paylanacaq

Gündəm / Cəmiyyət

226

Əhaliyə 500 milyon dollar paylanacaqSinqapur hökuməti ölkə iqtisadiyyatının inkişafına verdikləri töhfəyə görə öz vətəndaşlarına 511 milyon dollar ödəyəcək.

Bu barədə ölkənin Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Ödənişlər yetkinlik yaşına çatmış 2,8 milyon nəfər üçün nəzərdə tutulub, mükafatın məbləği isə vətəndaşların 2017-ci ildəki gəlirlərindən asılı olacaq.

Ölkə sakinlərini üç qrupa bölüblər. Birinci qrupa 2017-ci ildə gəliri 28 min Sinqapur dolları (20,4 min ABŞ dolları) olan sinqapurlular daxil edilib. Onlara 300 Sinqapur dolları (219 ABŞ dolları) ödəniləcək.

İkinci qrupa gəliri 100 min Sinqapur dollarını (73,1 min ABŞ dolları) keçməyən vətəndaşlar daxil olub. Onlar 200 Sinqapur dolları (146,5 ABŞ dolları) alacaqlar. Üçüncü qrupa isə gəliri 100 min Sinqapur dollarından çox olan vətəndaşlar aiddir, onlara 100 Sinqapur dolları (73 ABŞ dolları) ödəniləcək.

Rəsmi məlumata əsasən, 2017-ci ildə Sinqapur iqtisadiyyatı 3,6 faiz artıb, bu isə ölkə hökumətinin ilkin proqnozundan iki dəfədən çox artıqdır.

Conflict.az