Zukerberq bir gündə milyardlarla dollar itirdi

Gündəm / İqtisadiyyat

211

Zukerberq bir gündə milyardlarla dollar itirdi Sentyabrın 28-də “Telsa” şirkətinin rəhbəri İlon Mask 1,5 milyard, “Facebook”un təsisçisi Mark Zukerberq isə 2 milyard dollar itirib.

Bununla bağlı “Bloomberg” agentliyi məlumat yayıb.

Maskın maliyyə itirməsinə səbəb ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının ona qarşı irəli sürdüyü ittihamlar olub. Onların fikrincə, Mask yalandan səhmdarlara şirkətin səhmlərinin alınması üçün kifayət qədər vəsait olduğunu bəyan edib.

Zukerberqə gəlincə isə, o, “Facebook” sosial şəbəkəsinin təhlükəsizliyi səbəbindən maliyyə itkisinə məruz qalıb. Məlumatda bildirilib ki, bu məsələ şəbəkənin 50 milyon istifadəçisinə təsir göstərəcək.

Conflict.az