Mikayıl Cabbarov Səfər Mehdiyevi ram edə bilmir... - GƏLİŞMƏ

Gündəm / Cəmiyyət

484

Mikayıl Cabbarov Səfər Mehdiyevi ram edə bilmir... - GƏLİŞMƏXatırladaq ki, hələ bu ilin aprel ayında Prezident İlham Əliyev ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı. Sərəncama əsasən maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun sayılsa da, sonradan da Vergilər Nazirliyində gömrük sistemində auditi aparacaq yeni qurum yaradılsa da, nazirliklə dövlət komitəsi arasında saziş imzalansa da, hələ də Vergilər Nazirliyi gömrük sistemindən kənar tutulmaqdadır.

Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, Vergilər Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Departamenti hələ də Dövlət Gömrük Komitəsinin fəaliyyətini təqib edə bilmir və yaxud da bunda acizlik çəkir. Doğrudur, qurumun rəhbəri olan Azər Məmmədov gömrük sisteminə yad birisi olmayıb, elə DGK-dan VN-yə transfer olunub.

Mənbə bildirir: "Bəlkə də buna görədir ki, Azər Məmmədov da DGK-ya hansısa formada nüfuz etməyə maraq göstərmir və bu isitiqamətdə daha çox Səfər Mehdiyevin maraqlarını güdür. Amma buna baxmayaraq Mikayıl Cabbarov nəhayətdə bu departamentiin fəaliyyəti ilə bağlı hesabat tələb etməlidir, "yuxarılara" da şəxsən hesabat verməlidir. Bu vaxta qədər isə Aər Məmmədov heç bir təşəbbüsdə bulunmayıb və Vergilər Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Departamentinin quruca adı var".

Mənbə açıqlamasında onu da əlavə edir ki, vəziyyət bu şəkildə uzun müddətə davam edə bilməz: "Bunun səsi çox bərk çıxacaq. Səfər Mehdiyev Mikayıl Cabbarova hesabat vermək zorundadır ki, bu da onun gömrükdəki avtoritetini ciddi şəkildə zədələyə bilər".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

Conflict.az