9 azərbaycanlıya Rusiya vətəndaşlığı verildi

Gündəm / Siyasət

267

9 azərbaycanlıya Rusiya vətəndaşlığı verildi Rusiya Prezidenti Vladimir Putin 104 nəfərə vətəndaşlıq verilməsi ilə bağlı sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncama əsasən vətəndaşlıq alanlardan 9-u azərbaycanlıdır.

Vətəndaşlıq alanlar arasında Özbəkistandan 16, Moldovadan 14, Ermənistandan 11, Belorusdan 10, Tacikistandan 10, Ukraynadan 5, Əfqanıstandan 5 nəfər var.

Rusiya vətəndaşlığı alanlar arasında Türkiyə, Vyetnam, Gürcüstan, Qazaxıstan, Fransa, İsrail, Kipr, Hindistan, İtaliya, ABŞ və Almaniyadan olanlar da var.

Conflict.az