BMT-dən Əfqanıstanla bağlı çağırış: Dərhal dayandırın!

Gündəm / Dünya

299

BMT-dən Əfqanıstanla bağlı çağırış: Dərhal dayandırın!BMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstandakı qarşıdurmaları dərhal dayandırmağa və danışıqlar prosesinə başlamağa çağırıb.

Bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrikin bəyanatında deyilib.

Bəyanatda münaqişə tərəflərinin hərbi qarşıdurmalar zamanı dinc sakinlərin ölümünə səbəb ola biləcək addımlardan çəkinməli olduqları və heç bir halda hərbi toqquşmaların münaqişənin həll yolu ola bilməyəcəyi qeyd olunub.

Xatırladaq ki, avqustun 10-dan etibarən Əfqanıstanın şərqində hökumət qüvvələri ilə Taliban yaraqlıları arasında qanlı toqquşmalar yaşanır.

Conflict.az