Dəhşətli vertolyot qəzası: 18 nəfər həlak oldu

Gündəm

483

Dəhşətli vertolyot qəzası: 18 nəfər həlak olduRusiyanın Krasnoyarsk vilayətində sərnişin vertolyotu qəzaya uğrayıb.

"Mi-8" tipli sərnişin vertolyotunun qəzaya uğraması nəticəsində 3-ü heyət üzvü olmaqla göyərtədən olan 18 nəfər həlak olub.

İqarka şəhərindən 2 km aralıda sərt eniş edən vertolyotun göyərtəsindəki sərnişinlərin "Ankor" şirkətinin əməkdaşları olduğu bildirilir.

İlkin ehtimala görə, qəzaya texniki nasazlıq, yaxud pilotun səhvi səbəb olub.

Conflict.az