Makron əfsanəsi bitir: fransız lider...

Gündəm / Cəmiyyət

342

Makron əfsanəsi bitir: fransız lider...Fransa Prezidenti Emmanuel Makronun ictimaiyyət arasında reytinqi sürətlə azalmağa başlayıb.

Conflict.az xəbər verir ki, bu nəticə “Harris İnteraktiv” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Belə ki, bir ay ərzində Makronu dəstəkləyənlərin sayı 7%, Baş nazir Eduar Filipi dəstəkləyənlərin sayı isə 5% azalıb. Nəticədə hər iki siyasətçini müdafiə edən fransızların sayı əhalinin 40%-ni təşkil edib.

Şirkətin bəyanatına görə, hakimiyyətdə olduğu vaxtda Makrona cəmiyyətin dəstəyi heç vaxt bu qədər aşağı enməyib. Makrona etibarın itməsinin əsas səbəb kimi isə fransızlar onun problemləri ilə maraqlanmamağını, sosial-iqtisadi məsələlərdə lazımsız sərt mövqe tutmağını göstəriblər.


Conflict.az