Merkel AB liderlərini toplayır – Səbəb

Gündəm / Dünya

359

Merkel AB liderlərini toplayır – Səbəbİqtisadiyyat və miqrasiya Avropa Birliyinin növbəti sammitinin əsas mövzuları olacaq.

Bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel deyib.

“AB-nin cümə axşamı baş tutacaq sammitində əsas mövzu iqtisadi və maliyyə ittifaqının inkişafının davam etdirilməsidir. Bununla bağlı təklifi Fransa ilə irəli sürmüşük. Digər tərəfdən həm də miqrasiya haqqında danışacağıq. Bazar günü aydın oldu ki, əksər ölkələr üçün əsas məsələ xarici miqrantlardır. Biz həmçinin ticarət məsələsini xüsusilə ABŞ administrasiyası ilə yaranan problemləri müzakirə edəcəyik” – deyə o bildirib.

Conflict.az