Mahir Quliyev çətin durumdadır - İDDİA

Gündəm

740

Mahir Quliyev çətin durumdadır - İDDİABiləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çətin durumdadır.

Conflict.az xəbər verir ki, bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, ira başçısından bu günə qədər mənimsədiyi büdcə pulları rəsmən tələb olunur və buna görə Mahir Quliyevə konkret vaxt da verilib. Mənbənin dia.az-a söylədikləri: "Mahir Quliyev istənilən halda büdcə mənimsəmələrinə görə həm də hüquqi baxımdan cavab verəcək. Amma hələlik ona müəyyən müddətlik şans tanınıb və bu müddət ərzində o heç də özünü doğrultmalı deyil, sadəcə olaraq, ələ keçirilən büdcə pulları heri qaytarılmalıdır".

Xatırladaq ki, hələ iki il əvvəl Hesablama Palatası tərəfindən həyata keçirilmiş audit nəticəsində Biləsuvar rayon İcra Hakimiyyətinin fəaliyyətində baş verən yeyinti faktları ilə bağlı müəyyən bilgilər ictimailəşdirilmişdi. Elə keçən ili də Mahir Quliyev asanlıqla yola verə bilmədi. Mənbə bildirir: Durumu xeyli gərgindir, barəsində qərar ən qısa zamanda verilə bilər".

REDAKSİYADAN:
Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır


Conflict.az