“Bakcell”dən yenə fırıldaq: “Sənə zəng etmişdim” oğurluğu – Foto

Gündəm / Cəmiyyət

6 598

“Bakcell”dən yenə fırıldaq: “Sənə zəng etmişdim” oğurluğu – Foto “Bakcell” mobil operatoru elə gün yoxdur ki, abunəçilərə qarşı fırıldaq işlətməsin, soyğunçuluq etməsin, cibə girib kontur oğurlamasın.

Conflict.az AzEuroNews.com-a istinadən xəbər verir ki, növbəti pulsilmə əməliyyatı “Sənə zəng etmişdim” xidməti adı ilə həyata keçirilib.

“Bakcell” müştərilərinə göndərilən ismarıclarda xəbərdarlıq olunur ki, bu gündən etibarən “Sənə zəng etmişdim” xidməti ödənişli olacaq.


Aylıq abunə haqqı 0.10 azn təşkil edir və hər ay balansdan avtomatik çıxılacaq. Xidmətdən imtina etmək üçün *159#550# yazaraq xidməti deaktiv etmək mümkündür.
“Bakcell”dən yenə fırıldaq: “Sənə zəng etmişdim” oğurluğu – Foto
Və çox keçmir ki, mesajın ardınca balansdan pul çıxıldığı haqda növbəti məktub gəlir. Bu oğurluq faktına dair foto ünvanlanıb.

Müştəri hüquqlarının pozulduğunu söyləyən abunəçilər qeyd edirlər ki, “Sənə zəng etmişdim” xidmətinin mahiyyətinin nədən ibarət olduğu məlum deyil.

“Bakcell” özbaşına şəkildə abunəçiləri hər gün bir xidmətə qoşur, sonra oğurluq edərək pul çıxır.

Mesaj gəldiyi anda abunəçinin xidmətdən imtina ilə bağlı göndərilən kodu yığmaq imkanı olmaya bilər: kimisi yolda, kimisi sükan arxasında, kimisi iş başında ikən şirkət tələm-tələsik balansdan 0.10 kontur silir.

Minlərlə abunəçinin hesabından bu qədər vəsaitin çıxarılmasını üst-üstə gəldikdə, “Bakcell”in təkcə 10 dəqiqə içində milyonları necə mənimsədiyini təsəvvür etmək olar.

Qeyd edək ki, son dövrlərdə “Bakcell” mobil operatoru qədər oğurluq, fırıldaq, maxinasiyalarla məşğul olan ikinci belə şirkət yoxdur.

Artıq jurnalistlər də qarşılaşdıqları fırıldaqla bağlı yazırlar. Sosial şəbəkələrdə “Bakcell”dən şikayətlər dolub-daşır.

REDAKSİYADAN: Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır

Conflict.az