Şamaxı RİH-də başçının I müavini Qasım Qasımov istəklərinə addım - addım yaxınlaşır

Gündəm / Bölgə

686

Şamaxı RİH-də başçının I müavini Qasım Qasımov istəklərinə addım - addım yaxınlaşır Rayonda - turizmin inkişafı üçün pilot layihənin icra olunduğu kənddə, Dəmirçilərdə böyük torpaq sahəsni və Meysəri kəndində isə meşəni hasarlayan I müavin görünür vəzifənin əbədi olmadığı qənaətinə gəlib.

Şamaxı RİH başçısının I müavini Qasım Qasımovun Mərkəzi Rayon Xəstəxanasının Elxan adlı baş həkimini görəvindən alma planı nəhayət ki, baş tutub. Şamaxıdakı mənbədən Conflict.az-a daxil olan məlumatda bildirilir ki, yeni təyin olunan baş həkim Səməd Fətəliyev Qasım Qasımovun kadrı hesab olunur. Məlumatda o da qeyd edilir ki, Səməd Fətəliyev Şamaxıya firma dərmanlarını gətirən ilk şəxs kimi tanınır. Rayon MX-yə baş həkm təyinatından sonra isə artıq xəstələrə tövsiyyə edilən dərmanların əksəriyyəti məhz Səməd Fətəliyevin əlaqədə olduğu firmaların idxal etdiyi məhsullar olduğunu deyən mənbə, əlavə olaraq bildirdi ki, baş həkimin idarəçilik forması da dəyişib. Belə ki, özü nevropotoloq olan baş həkim özünə bütün orqanları müayinə etmək səlahiyyəti verməklə yanaşı, kollektiv üçün də müəyyən öhdəliklər müəyyən edib. Onu da qeyd edək ki, Etibar adlı sabiq baş həkim ilə RİH başçısının I müavini arasında yarananan münaqişənin kökündə də, məhz həmin öhdəliklərlə birincinin razılaşmaması olub.
Mənbə əlavə olaraq bildirdi ki, Qasım Qasımov səlahiyyətlərindən istifadə etməklə rayon ərazisində münbit və mənzərəli yerləri özəlləşdirməkdədir. Belə ki, rayonda - turizmin inkişafı üçün pilot layihənin icra olunduğu kənddə, Dəmirçilərdə böyük torpaq sahəsni və Meysəri kəndində isə meşəni hasarlayan I müavin görünür vəzifənin əbədi olmadığı qənaətinə gəlib. Elə ona görə də "yaman gün üçün" prinsipinə əsaslanaraq özününküləşdirmə siyasəti aparır.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az