Bakı metrosunda intihara cəhd - Gənc özünü qatar yoluna atdı

Gündəm / Hadisə

247

Bakı metrosunda intihara cəhd - Gənc özünü qatar yoluna atdıBu gün saat 09:25-də "Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasında insident baş verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, gənc oğlan özünü "Həzi-Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatarın yoluna atıb.

Bununla bağlı maşinistə məlumat verilib və o, qatarı saxlayıb. Qatar yolundakı gərginlik dayandırılıb və oğlan oradan çıxarılıb. Hazırda qatarların hərəkəti normal qaydada davam edir.

Conflict.az