Sabirabadda suya görə etiraz aksiyası - Əhali magistral yolu bağladı/ VİDEO

Gündəm / Video

222

Sabirabadda suya görə etiraz aksiyası - Əhali magistral yolu bağladı/ VİDEOBu gün səhər saatlarında Sabirabad rayonunda etiraz aksiyası keçirilib.

Conflict.az BakuPost-a istinadən xəbər verir ki, rayonun bir neçə kəndinin sakinləri Şirvan-Sabirabad magistralının Nizami kənd ərazisindən keçən hissəsini bağlayıblar. Aksiyaya səbəb əhaliyə suyun verilməməsi olub. Sakinlər bildirib ki, susuzluğa görə onların pambıq sahələri tamamilə məhv olub.

Yolun bağlanması nəticəsində magistral yolda avtomobillərin hərəkəti tamamilə dayanıb. Polis müdaxiləsindən sonra magistral yol açılıb. Əraziyə gələn Rayon Polis İdarəsinin rəhbərliyi aksiyanın təşkilatçıları ilə söhbət ediblər və onları Rayon İcra Hakimiyyətinə dəvət ediblər.

Bildiriblər ki, problemi rayon rəhbərliyinin diqqətinə çatdırmaq lazımdı.


Conflict.az