Salyanda ağır qəza - İki nəfər həlak oldu + Video

Gündəm / Hadisə / Video

580

Salyanda ağır qəza - İki nəfər həlak oldu + VideoSalyan rayonunda “Mercedes” markalı minik avtomobili ilə “KAMAZ” markalı yük avtomobili toqquşub.

FHN-in mətbuat xidməti xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sürücü və sərnişinin cəsədlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

***

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Lənkəran sakini 42 yaşlı Zaur Fərzalı oğlu Hüseynovun idarə etdiyi 42 BU 105 dövlət nömrə nişanlı, mişar daşı yüklənmiş “KamAZ” markalı yük maşını Astara istiqamətində hərəkətdə olarkən ona əks istiqamətdə hərəkət edən 27 yaşlı Neftçala rayonunun Beşdəli kənd sakini Elmar Vəfadar oğlu Hüseynovun idarə etdiyi “Mercedes-C” markalı minik maşınına çırpılıb.

Toqquşma zamanı zərbə o qədər güclü olub ki, “Mercedes-C” iki hissəyə parçalanıb.

Minik avtomaşının bir hissəsində sıxılıb qalmış sürücünün və sərnişinin - Neftçala rayonunun Ərəbqardaşbəyli kəndinin 26 yaşlı sakini İlqar Əbil oğlu Abasovun cəsədləri hadisə yerinə gəlmiş FHN-in xilasediciləri tərəfindən çıxarılaraq, aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Conflict.az