Qəza yerinə gələn helikopter aviamühəndisin üzərinə düşdü - VİDEO

Gündəm / Dünya / Video

321

Qəza yerinə gələn helikopter aviamühəndisin üzərinə düşdü - VİDEOKolumbiyada vertolyot qəzaya uğrayıb. Hadisə yerinə gələn digər helikopter isə ərazidə işləyən aviamühəndisin üzərinə düşüb.

"RİA Novosti" xəbər verir ki, hadisə ölkənin cənub-şərqində baş verib. Kadrlarda hadisə yerinə gələn ikinci vertolyotun havada necə dayandığı, aşağıda qəzaya uğramış helikopterin üzərinə kiminsə çıxmağa çalışdığı, başqa bir şəxsin isə yerdə durub havadakı vertolyotun pilotuna nə isə işarə etdiyi görünür. Lakin bu zaman havadakı vertolyot gözlənilmədən idarəetməni itirir və ona işarə verən şəxsin üzərinə düşür.

Yerli hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, vertolyotun qəzasına texniki nasazlıq səbəb olub. "Helifly" şirkətinin əməkdaşı qəza zamanı həyatını itirib. Ondan başqa zərər çəkən olmayıb.

Conflict.az