Qərb narahatdır: Türkiyə Balkanlara geri dönür

Gündəm / Siyasət

259

Qərb narahatdır: Türkiyə Balkanlara geri dönürBu illər ərzində Azərbaycan intellektual məhsulun ixracatçısına çevrilibdir. “ASAN xidmət” artıq başqa ölkələrdə tətbiq olunur, bizim təcrübəmiz öyrənilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab idi. Bu, sosial layihədir. Çünki bu layihə insanlara xidmət göstərir. On üç “ASAN xidmət” mərkəzimiz var. Bu ilin sonuna qədər onların sayı 15-ə, gələn ilin sonuna qədər isə 20-yə çatacaqdır. “ASAN xidmət” mərkəzlərində 20 milyondan çox müraciət qeydə alındı və bu qurumu bəyənmə əmsalı 100 faizə yaxındır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimindəki çıxışında deyib.

Prezident bildirib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaqdır:

“Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görüləcək və ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçiriləcəkdir. “ASAN xidmət” onların arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk”.


Conflict.az