Suriya aviabazası İsrail tərəfindən bombalanıb

Gündəm / Dünya

513

Suriya aviabazası İsrail tərəfindən bombalanıbİsrail Hərbi Hava Qüvvələrinin 2 ədəd “F-15” təyyarəsi Suriyanın Homs əyalətində yerləşən T-4 aerodromuna zərbə endirib.

TASS xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Nazirlik bildirib ki, aprelin 9-da Moskva vaxtı ilə saat 03:25 və 03:53-də İsrailə aid 2 hərbi təyyarə Suriya hava məkanına daxil olmadan, Livan ərazisindən aviabazaya 8 idarəolunan raket atıb. Suriya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən raketlərdən 5-i vurulub. Rusiyalı hərbi müşavirlər arasında ölən yoxdur.

Conflict.az