Sizin reklam burada
Sizin reklam burada

Toqquşma - Ölənlər var

Toqquşma - Ölənlər varHindistanda toxunulmazlar təbəqəsi və polislər arasında toqquşma baş verib.

"RİA Novosti" xəbər verir ki, toqquşmalar nəticəsində 9 nəfər həlak olub.

"Times of India" qəzetinin məlumatına əsasən, toxunulmazlar təbəqəsinin keçirdiyi etiraz aksiyaları nəticəsində bir neçə ştatda dəmir yolu və avtomobil hərəkətində fasilələr yaranıb. Minlərlə etirazçı saxlanılıb.

Qeyd edək ki, toxunulmazlar təbəqəsi Ali məhkəmənin martın 20-də qəbul etdiyi qərara qarşı etiraz aksiyası keçirilər. Qərara əsasən, qeydə alınmış təbəqələr və qəbilələr haqqında Akta əsasən təcili həbslər və cinayət hallarının qeydiyyatı qadağandır. 1989-cu ildə qəbul edilən bu Akt, aşağı təbəqələrin müdafiəsinə yönəlib.


Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ