Iki nəfərə yüksək vəzifə verildi

Gündəm

259

Iki nəfərə yüksək vəzifə verildiPrezident İlham Əliyev İ.F.İskəndərovun Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

İlqar Fazil oğlu İskəndərov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilsin.

***

İlham Əliyev Ə.F.Şıxəliyevin Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilsin.


Conflict.az