Sizin reklam burada
Sizin reklam burada

Pekindən cavab ZƏRBƏSİ

 Pekindən cavab ZƏRBƏSİ Çinin Ticarət Nazirliyi ABŞ-dan idxal edilən 128 adda məhsula yüksək rüsumlar tətbiq edib.

Xarici media xəbər verir ki, Pekinin bu addımı ABŞ prezidenti Donald Trampın Çindən idxal edilən polad və aliminiuma tətbiq edilən gömrük rüsumları artırmasına cavab olaraq atılıb.

Çinin Ticarət Nazirliyinin rəsmi saytında deyilir ki, belə addımlar Pekinin öz maraqlarını qorumaq və ABŞ-ın qərarı nəticəsində yaranacaq itkiləri tənzimləmək məqsədi daşıyır. Bildirilir ki, ABŞ-ın qərarı yalnız Çinin mövqelərini sıxışdırmır, həm də Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozur.

Pekinin qərarı aprelin 2-dən qüvvəyə minir. Qərara əsasən, 120 adda məhsula, həmçinin meyvələrə 15 faizlik gömrük rüsumu, səkkiz adda məhsula, həmçinin donuz ətinə 25 faizlik gömrük rüsumu tətbiq olunacaq.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın martın 9-da polad və aliminium idxalına gömrük rüsumları tətbiq etməsini nəzərdə tutan qərarı imzalayıb. Bu qərar ABŞ-a polad və alimimium ixrac edən ölkələrə, xüsusən də Çinə və Avropa ölkələrinə, Hindistana və digərlərinə ciddi zərbə vuracaq.

ABŞ prezidenti yeni qərarı ölkəsinin ticarət tərəfdaşlarının “haqsız qazanc” əldə etməsi və Birləşmiş Ştatlarda yüz minlərlə iş yerini təhlükə altında qoyması ilə əsaslandırıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş