ABŞ səfiri Azərbaycanı tərk edir

Gündəm / Siyasət

305

ABŞ səfiri Azərbaycanı tərk edirABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycanda diplomatik missiyasını başa vurur.

Səfir bu barədə “İnterfax Azərbaycan” saytına danışıb.

“Bəli, mən, həqiqətən, Azərbaycanda diplomatik missiyamı başa vururam”, - R.Sekuta deyib.

Sekuta bildirib ki, martın sonunda Azərbaycanı tərk edəcək.

O həmçinin əlavə edib ki, ABŞ-ın Azərbaycandakı yeni səfirinin kimi olacağını bilmir.

Xatırladaq ki, R.Sekuta 2014-cü ilin dekabr ayında ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışır.

Conflict.az