Prezident Daxili Qoşunlara yeni qərargah rəisi təyin etdi

Gündəm

406

Prezident Daxili Qoşunlara yeni qərargah rəisi təyin etdiDaxili Qoşunlara yeni qərargah rəisi təyin edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən Tofiq Vaqif oğlu Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının 1-ci müavini - Qərargah rəisi təyin edilib.

Qeyd edək ki, ölkə başçısı bir neçə gün əvvəl T. Hüseynova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında da sərəncam imzalayıb. (apa)


Conflict.az