Sizin reklam burada
Sizin reklam burada

Qonşusunu döyüb öldürdü

Qonşusunu döyüb öldürdüBakı Ağır Cinayətlər Məhkəməsində qonşusu döyüb öldürməkdə təqsirləndirilən Şöhrət Qədimova cəza istənilib.

Conflict.az "Qafqazinfo"a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək Ş.Qədimovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses martın 12-də davam etdiriləcək.

İttihama görə, Bakının Kürdəxanı qəsəbəsindəki Quşçuluq sovxozunda yaşayan 30 yaşlı Şöhrət Qədimov qonşusu Şeydə Məmmədovu döyüb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib.

Ş.Qədimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ