Sizin reklam burada
Sizin reklam burada

Dəm qazı daha bir ailənin sonuna çıxdı: 8 ölü

Dəm qazı daha bir ailənin sonuna çıxdı: 8 ölüUkraynanın Jitomir vilayətində fərdi yaşayış evində 8 nəfər dəm qazından zəhərlənərək ölüb.

Hadisə Berdiçev şəhərində qeydə alınıb.

Məlumata görə, hadisə yerində 2-si uşaq olmaqla 8 nəfərin meyiti aşkarlanıb. Onlardan 6-nın bir ailənin üzvü olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Xatırladaq ki, ötən gün Sumqayıtda da bir ailənin 6 üzvü dəm qazından boğularaq faciəli şəkildə ölüb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ