Tramp şahzadələrlə danışıqlara başladı

Gündəm / Dünya

263

Tramp şahzadələrlə danışıqlara başladı ABŞ prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Səüdiyyə Ərəbistanının varis şahzadələri Məhəmməd əl-Nəhyan və Məhəmməd ibn Salman əl-Saud ilə telefon danışıqları aparıb.

Bu haqda Ağ Evin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, danışıqlar zamanı İranın “sabitliyin pozulmasına yönəlmiş fəaliyyəti ilə” mübarizə müzakirə olunub.

Tərəflər həmçinin iqtisadi əməkdaşlıq məsələlərinə toxunub.

Conflict.az