SALEH SƏMƏDOV: ULU ÖNDƏRİN “MƏN ÖMRÜMÜN QALAN HİSSƏSİNİ DƏ XALQIMA BAĞIŞLAYIRAM “ FİKRİ MƏNİM HƏYAT AMALIMDIR

Gündəm / Cəmiyyət

1 537

SALEH SƏMƏDOV:  ULU ÖNDƏRİN “MƏN ÖMRÜMÜN QALAN HİSSƏSİNİ DƏ XALQIMA BAĞIŞLAYIRAM “ FİKRİ MƏNİM HƏYAT AMALIMDIR “İnsanın cəmiyyətdə tutduğu mövqeyindən aslı olmayaraq fəaliyyətinin əsas istiqaməti məhz ölkəsinə, xalqına xidmət olmalıdır













Müsahibimiz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aran Regional Ərazi İdarəsinin rəisi Saleh Səmədovdur.


- Saleh müəllim ölkə artıq bir neçə ildir ki, postneft dövrünü yaşayır. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Bilirik ki, uzun illər dövlət büdcəsinin əsası Neft Fondundan edilən transferlərdən təşkil edilib. Neftin qiymətinin dünya bazarlarında üç-dörd dəfə aşağı düşməsi nəticəsində gəlirlərimiz kəskin şəkildə azalıb. Belə bir vəziyyətdə ancaq ciddi islahatlar vəziyyətdən çıxış yolu ola bilər. Sizcə biz buna nail ola biləcəyikmi?

- Nəinki buna nail ola biləcəyik, hətta ölkə başçısının təbirincə desək “belə bir vəziyyətdə biz ancaq ciddi islahatlar apararaq vəziyyətdən çıxış yolunu tapa bilərdik və buna da nail olduq“. Bundan başqa xarici ölkələrdə və bu ölkələrin əsas şəhərlərində Azərbaycan Ticarət Evlərinin yaradılması olduqca məqsədə müvafiq olardı. Cənab prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda da bu məsələ ilə bağlı olduqca səmərəli təkliflər verdi. Və əlavə olaraq bildirdi ki, bunu etmək üçün xüsusi plan üzrədə işlər gedir. Hesab edirəm ki, bütün imkanlar bu istiqamətə yönəldilərək milli istehsalla məşğul olan firmalarımızın xarici bazarlara daha da sürətlə inteqrasiya etməsinə çalışmalıyıq. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində qonşularla yaxşı, işgüzar münasibətlər qurulub. Əlbəttə bu əlaqələr biznes sahəsində də öz müsbət təsirini göstərməkdədir. Ancaq elə etməliyik ki, bizim istehsal etdiyimiz məhsullar dünyanın istənilən nöqtəsində satıla bilsin. Bunun üçün modern emal müəssisələri, paketləmə və prosesə müasir yanaşma olmalıdır. Əslində Azərbaycan postneft dövründə belə böyük sərvətlər ölkəsi statusunu qoruya bildi. Hesab edirəm mövcud vəziyyətə uyğun olaraq bu sərvətlərdən səmərəli şəkildə istifadə etməliyik. Xarici bazarlara çıxmaq üçün əlbəttə dövlət də öz dəstəyini verir. Əslində iş adamları novator olmalıdırlar. Mən bizə müraciət edən hər bir iş adamından kreativ düşüncə gğzləyirəm. İş adamı xarici səfərlərdə olarkən və ya idxal prosesi zamanı sadəcə daxili bazar üçün istehsal edilmiş məhsulu deyil, həmin məhsulun istehsal texnologiyasını, menecer, marketinq siyasətlərini öyrənməlidir. Elmi – texniki tərəqqi o qədər sürətlə inkişaf edir ki, mövcud proseslə ayaqlaşmaq, inkişaf etmiş dünyanın diqqət göstərdiyi insan amilini, sivil cəmiyyət formatını yerə və məkana uyğunlaşdırmaq üçün ciddi fəaliyyət istiqamətləri müəyyən edilməlidir. Məhz bu sahə ilə məşğul olan mütəxəssis korpusu hazırlanmalıdır. Xarici səfərlərə gedərkən əsas üstünlüyü iş adamlarının da qatıldığı biznes forumlarda iştiraka üstünlük verirəm. Hesab edirəm ki, hər bir azərbaycanlının ən ümdə vəzifəsi tərəfdaş olan ölkələrdə Azərbaycan biznesini təbliğ etmək olmalıdır. Ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün əlavə tədbirlərə ehtiyac var. Ölkə başçısının 18 yanvar 2016-cı il tarixli “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam”ında qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə Nazirlər Kabinetinə bu məsələləri tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlamağı tapşırmışdı. Hesab edirəm ki. həmin Sərəncamdan irəli gələn vəzifələr artıq öz müsbət nəticəsini verməkdədir. “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi özlüyündə ölkədə özəl struktura verilən dəyərin bariz nümunəsidir.

- Saleh müəllim Sizcə bu istiqamətdə daha hansı işlər görülərsə, udan yalnız sahibkar deyil, həm də Azərbaycan iqtisadiyyatı olar?

- Əvvəla qeyd edim ki, insanın cəmiyyətdə tutduğu mövqeyindən aslı olmayaraq fəaliyyətin əsas istiqaməti məhz ölkəyə xidmət olmalıdır. Bu amilə vəzifənin böyük və ya kiçik olması mane olmur. Uzun illərdir ki, Ulu Öndərin “Mən ömrümün qalan hissəsini də öz xalqıma bağışlayıram” fikri mənim həyat amalımdır. Azərbaycan xalqının tarixən formalaşmış ənənələri əsasında milli dövlətçilik modelinin yaranması, möhkəmləndirilməsi və ən başlıcası, qorunub saxlanılması yalnız XX əsrin sonlarına doğru - Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşdi. Şarl de Qoll Fransa tarixində fransızların şərəfini özünə qaytaran bir rəhbər kimi qaldı. "Mənim əsas silahım Sözdür" deyən Ulu Öndər isə insanlara özlərinə güvənməyi öyrətdi və xalqı inandırdı ki, Azərbaycanın gələcəyi də, onun iqtisadiyyatı və mədəniyyəti də öz əlindədir. Çörçill deyirdi ki: “Biz hər yerdə mübarizə edəcəyik və heç bir zaman təslim olmayacağıq”. Bu gün Azərbaycan xalqı öz Prezidentinə güvənir, Ali Baş Komandanın verəcəyi əmr Azərbaycan insanının daxili istəyi, gözləntisidir.

- Ulu Öndərin zamanında söylədiyi fikrin bu gün də sizin həyat kredonuz olduğunu söylədiniz.

- Təvəzökarlıqdan uzaq da olsa bu bir gerçəklikdir. Mən həyatı başqalarının dərdini öz dərdim kimi yaşamaqda, onların göz yaşına öz göz yaşımı qatmaqda, sevinclərinə şərik olmaqda görürəm. Bu gün ac deyiləm. Ancaq o qədər imkanlı adam da deyiləm. Lakin məni tanıyanlar bilir ki, paylaşmağı sevirəm. Mənim düşüncəmə görə humanizm, insanlıq duyğusu, zəhmətsevərlik, xeyirxahlıq, sədaqət, elinə-gününə, doğmalarına və yaxınlarına, həmkarlarına qayğı göstərərkən insanın aldığı zövqün əvəzi yoxdur.

- Doğulduğunuz İmişli rayonunda Sizi xeyriyyəçi insan kimi təqdim etdilər.

- Bir az öncə dedim mən o qədər də imkanlı adam deyləm. Amma rəhmətlik atam Mehralı kişi bizə, yəni övladlarına əlimizdə olan azı belə paylaşmağı öyrədib. Qapımı döyən, məndən kömək uman bir nəfərə belə biganə qala bilmirəm.

- Biz İmişlidə olarkən Sizinlə bağlı sorğularımıza demək olar ki, əksəriyyət şəxsi vəsaitinizlə abadlaşdırılan o qədər məkan saydılar ki... Ən çöx diqqətimizi çəkən isə rayonun Şəhidlər Xiyabanı oldu.


- Şəhidlər Xiyabanı bizim qan yaddaşımız, tariximizdir. Önların övladları, valideyinləri isə ən müqəddəs əmanətimizdir. Əslində müəllifi olduğum işlərlə bağlı danışmaqı sevmirəm. Ancaq sual vermisinizsə gərək cavab verim. Bəli canlarını vətən uğrunda qurban verən insanların məqamları həm Tanrı, həm də bizlərin qəlbimizdə ən üstün dərəcədədir. Hesab etdim ki, Tanrı tərəfindən seçilmişlərin uyuduğu məkan da, fərqli olmalıdır. Daim ziyarət olunan yer olduğu üçün Xiyabanı başdan – başa təmir etdirmək qərarına gəldim. Baş və sinə daşlarını yenilətdirdim, ərazinin abadlaşdırılması üçün imkanım nəyə çatdısa etdim. Hesab edirəm ki, pis də alınmayıb.

- Fürsətdən istifadə edib rayon Məscidini də ziyarət etdik. Məsələnin ən maraqlı tərəfi isə orada da Sizin izinizə rast gəldik


- (gülümsəyir) Məscid Allah evidir. Allahın Rəsulu (s.ə.s) işiniz müşkülə düşərsə Allaha dua edin. Duaların qəbul olunduğu məkanlardan biri də məscdilərdir. Bir müdət öncə çoxdankı arzuma da çatdım. Rayon məcsidinin həyətində hər kəsin istifadə edə biləcəyi, xeyir- şər mərasimlərini əziyyət çəkmədən keçirə biləcəkləri məkan da inşa etdik. İnsanlarda baxışlar sisteminin, dünyagörüşünün fərqliliyi təbiidir. Amma amal bir olmalıdır – mən Tanrının verdiyi ömür çərçivəsində mənsub olduğum xalqım üçün nə etdim? Hacı Zeynalabidin Tağıyev təhsil almamış, sadə bir başmaqşı oğlu idi. Amma adını tarixə ictimai xadim olaraq yazdırmağı bacardı. Mən bu məsələni ona görə xatırlatdım ki, Əmir-əl-Möminin Əli (ə.) buyurmuşdur ki: Yaxşılıq etmək əbədi ehtiyatdır. Həmişə qalandır və yaxud da həmişəlik əbədi olan Qiyamət gününün ehtiyatıdır.

- Saleh müəllim yəqin ki, gələcək planlarınız da yox deyil. Həm xeyriyyəçilik, həm də bu günkü dövlət görəvinizlə bağlı

- Xeyriyyəçilik planla olmur. Bir nəfər Məscidun-Nəbidə namaz qılan İmam Əliyə (ə) yaxınlaşır və ondan kömək istəyir. Həzrət elə namazın rüku halında ikən ona işarə ilə barmağındakı üzüyü hədiyyə edir. Həzrəti Əli (ə) bunu öncədən planlaşdırmamışdı. Konkret digər işlərə gəldikdə isə çox istərdim ki, iqtisadi sahədə, əsasən də özəl sektorda ixrac menecerləri formalaşsın. Xarici ölkələrdə Azərbaycan mağazaları, rəfləri yaradılsın. Hesab edirəm ki, bütün bunların tətbiqi cənab prezidentin söylədiyi kimi “bizim gördüyümüz işlərin tarixi də göstərir ki, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik.” Mən Azərbaycanın gələcəyinə inanıram. Necə ki zamanında Ulu Öndər demişdi: Tarix həmişə hər şeyi öz yerinə qoyur.


Conflict.az