Sizin reklam burada
Sizin reklam burada

"Məsələ parlamentdə müzakirə olunur"

"Məsələ parlamentdə müzakirə olunur"
Cənubi Osetiya Rusiyaya qoşula bilər. Hazırda bu məsələ ölkə parlamentində müzakirə olunur.
Bunu Cənubi Osetiya parlamentinin sədri Alan Alborov deyib.

“Biz bütün bu məsələləri Rusiya Federasiyası ilə sıx koordinasiyada, ikitərəfli münasibətlərimizi və razılaşmalarımızı nəzərə alaraq müzakirə edirik”, – A.Alborov bildirib.

Qeyd edək ki, hələ 2023-cü ildə Cənubi Osetiyanın rəhbəri Alan Qaqloyev Rusiyaya mümkün üzvlükdən danışmışdı. Elə həmin il Rusiya Prezidenti Vladimir Putin regiona hərtərəfli dəstəyin göstəriləcəyini açıqlamışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş