Sizin reklam burada
Sizin reklam burada

"Bizdən növbəti dəfə aldanmağı xahiş edir"

"Bizdən növbəti dəfə aldanmağı xahiş edir"
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili siyasi partiyalara müraciət edib.
Onun müraciəti sosial media hesabı vasitəsilə yayılıb.
"Bütün silahdaşlarıma, Vahid Milli Hərəkatın tərəfdarlarına, həmçinin bütün partiyalara müraciət edirəm ki, bugünkü mitinq ilə kifayətlənməsinlər. Bizi kimlərsə nəyisə gözləməyə səsləyirsə, praktiki olaraq bizdən növbəti dəfə aldanmağı xahiş edir.
Bizim avropalı gələcəyimiz öz əlimizdədir. Deoliqarxizasiya üçün oliqarxın hakimiyyəti kimi başlıca institut dəyişməlidir. Texniki hökumət yaradılmalı və Avropa İttifaqının nəzarəti altında gürcü xalqının maraqlarına xidmət edən seçkilər baş tutmalıdır" - deyə Saakaşvili bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş