Sizin reklam burada
Sizin reklam burada

"Dövlət yenə sərfəli olana keçəcək”

"Dövlət yenə sərfəli olana keçəcək”
Rusiya hakimiyyəti menecerlər kimi deyil, siyasətçilər kimi düşünür. Moskva taxıl bazarında monopoliya yaradaraq xeyli uduzur.
Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Taxıl baxımından Ukrayna əvəzinə bu və ya digər bazarı doldura bilərsiniz - Misir və ya məhsullarımızın idxalçısı olan digər dövlətlərə məhsul sata bilərsiniz. Amma sonra bütün bunlar sona çatanda biz Misirə başqa qiymətlər təklif edəcəyik, onlar Rusiyadakı taxıl qiymətlərindən aşağı olacaq və dövlət yenə sərfəli olana keçəcək” - Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Rusiya hakimiyyətinin hərəkətləri böyük səhvdir, çünki belə siyasətin nəticəsi dünyada "qida soyqırımı" olacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş