
Türkiyə Xarici İşlər Nazirliyi Qvineyada hərbi çevriliş cəhdi və prezident Alfa Kondenin girov götürülməsi hadisəsini qınayan bəyanat yayıb.
Bəyanat Türkiyə XİN-in rəsmi saytında yayımlanıb.
“Türkiyə seçki yolu ilə hakimiyyətə gələn hökumətlərin qeyri-qanuni yollarla dəyişdirilməsinə qarşı çıxır. Konstitusion rejim yenidən təsis edilməli və prezident dərhal azadlığa buraxılmaldır. Türkiyə bu çətin dönəmdə dost və qardaş Qvineyanın yanındadır”, - deyə bildirilib.
Conflict.az
