Sizin reklam burada
Sizin reklam burada

"Həftədə 40 saatlıq minimum rejim təmin edilməlidir ki, insan ailə saxlaya bilsin”

"Həftədə 40 saatlıq minimum rejim təmin edilməlidir ki, insan ailə saxlaya bilsin”
Rusiyada yoxsulluqla mübarizə aparmaq üçün saat hesabı əmək haqqı sisteminə keçid etmək lazımdır.

Bu sözləri rusiyalı iqtisadçı Vasili Koltaşov deyib.

Ekspert problemin kökündən həllini Rusiya əhalisinin real gəlirlərinin artırılmasında görür:

“2020-ci ildə Rusiya iqtisadiyyatı az stresli situasiyalar yaşamayıb. Onların arasında rublun devalvasiyası da var. Bu, əhalinin gəlirlərinə ciddi zərbə oldu. Regionlarda yoxsulluğun həddən artıq yüksək səviyyədə olduğu ortaya çıxdı. Pandemiya isə tibb işçilərinin maaşlarının çox aşağı olması faktını təsdiqlədi. Biz hələ məktəb və uşaq bağçaları işçilərindən danışmırıq... Ona görə də saat hesabı əmək haqqının ödənilməsinə başlanılmalıdır. Həftədə 40 saatlıq minimum rejim təmin edilməlidir ki, insan zəruri ehtiyaclarını - kommunal xərclərini, ərzaq ehtiyaclarını ödəyə, həmçinin normal geyinə və ailə saxlaya bilsin”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin hökumət iclaslarından birində əhalinin gəlirləri ilə bağlı məmurlara xəbərdarlıq etmişdi. Kreml rəhbəri bildirmişdi ki, SSRİ dövründə defisit səbəbindən əhali çətinlik çəkirdisə, indiki dövrdə gəlirsizlikdən dolayı ərzaq əldə etməkdə çətinlik yaşana bilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş