Sizin reklam burada
Sizin reklam burada

“Orucəli Hacıyev Kəmaləddin Heydərovun göstərişini 8 ildir icra etmir”- VİDEO

“Orucəli Hacıyev Kəmaləddin Heydərovun göstərişini 8 ildir icra etmir”- VİDEO
FHN-nin Tikintidən Təhlükəsizlik üzrə Şamaxıdakı idarəsinin rəisi Həsən Seyidzadə mənə bildirdi ki, Kəmaləddin Heydərovla mənim görüşüm formal xarakter daşıyıb.
Şamaxı rayon Muğanlı kənd sakini Cümşüd Soltanov illərdir üzləşdiyi problemlin ictimailəşdirilməsi məqsədilə Conflict.az-a müraciət edib. Saytın əməkdaşı ilə söhbət zamanı şikayətçi bildirdi ki, 2012-ci ildə torpaq sürüşməsi zamanı ona məxsus 120 kv.m sahəsi olan ev qəzalı vəziyyətə düşüb. Həmin vaxt FHN və Şamaxı rayon İcra hakimiyyəti tərəfindən zərərçəkmiş şəxs kimi qeydiyyata alınsa da, nəticədə ölkə başçısının müvafiq tapşırığı ilə inşa edilən evlərdən onun 10 nəfərlik ailə üzvlərinə cəmi iki otaqlı mənzil verilib.
“Orucəli Hacıyev Kəmaləddin Heydərovun göstərişini 8 ildir icra etmir”- VİDEO
- Mən həmin mənzilə köçməkdən imtina etdim. Onu da qeyd edim ki, mənzillər FHN-nin 1-ci müavini Orucəli Hacıyev və Şamaxı rayon İHB-nin sabiq 1-ci müavini Qasım Qasımov tərəfindən vətəndaşlara təqdim edilirdi. Həmin vaxt Orucəli Hacıyevə ədalətsiz bölgüyə görə şəxsən etirazımı bildirdim. Axı necə ola bilər ki, 3-4 nəfərlik ailəyə 4 otaqlı, 10 nəfərlik ailəyə isə 2 otaqlı mənzil verilsin? Təxminən 6 ay sonra FHN Kəmaləddin Heydərov Şamaxıya gəldi. Həmin vaxt mən nazirlə görüşdüm və problemimi onun nəzərinə çatdırdım. Nazir Orucəli Hacıyevə tapşırıq verdi ki, mənim ailəmin yarısının həmin iki otaqlı evə köçürülməsini təmin etsin, qalan ailə üzvlərim üçün isə əlavə olaraq bir ay müddətində 2 otaqlı yeni ev tikilsin. Orucəli Hacıyev Kəmaləddin Heydərovun göstərişini düz 8 ildir ki, icra etmir.
“Orucəli Hacıyev Kəmaləddin Heydərovun göstərişini 8 ildir icra etmir”- VİDEO
Əməkdaşımızın,”sizcə 4 nəfərdən ibarət ailəyə 4 otaqlı, 10 nəfərlik ailəyə isə 2 otaqlı mənzilin verilməsinin səbəbi nə ola bilər?” – sualına, Cümşüd Soltanov bildirdi ki, sözsüz ki, burada rüşvət və digər faktorlar var. Əks halda bu cür haqsızlığa yol verilməzdi.
- FHN-nin Tikintidən Təhlükəsizlik üzrə Şamaxıdakı idarəsinin rəisi Həsən Seyidzadə mənə bildirdi ki, Kəmaləddin Heydərovla mənim görüşüm formal xarakter daşıyıb. Bu necə ola bilər? Ən qəribəsi isə həmin idarə tərəfindən mənə göndərilən məktubda qeyd olunur ki, guya mənim evimdən iki dəfə böyük ev tikilərək mənə təhvil verilib. 55 kv.m necə mənim evimdən böyük ola bilər? Onu da qeyd edim ki, Şamaxıda o qədər başına daş düşmüşlər var ki, ora gedin görün kimi danışdıra bilərsiniz?
Şamaxı rayon Muğanlı kənd sakini Cümşüd Soltanovla əməkdaşmızın videomüsahibəsini təqdim edirik:

Mövzuya qayıdacağıq.
Redaksiya, məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.


Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ